"Eşref Rüya" izləyicilərinin diqqətinə!

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Eşref Rüya" serialının 5-ci bölümündən etibarən yutub platformasında yayımlanmayacağı bildirilmişdi. SİA xəbər verir ki, indi isə ekran işinin "Youtube"dakı yayımının bütün ölkələr üçün yox, yalnız Türkiyə üçün bağlandığı məlum olub. Layihənin bölümlərini "Kanal D"dən izləyə bilməyən türk vətəndaşları isə "Prime Video" platformasına ödəniş etməklə onu izləyə biləcəklər.

Qeyd edək ki, baş rollarını Demet Özdemir ilə Çağatay Ulusoyun paylaşadığı "Eşref Rüya" ilə bağlı bu qərar serialın "Kanal D"dəki reytinqlərinin aşağı olmasına görə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə