"Görüş tərəfləri bir-birinə daha da yaxınlaşdıracaq" - DEPUTAT ŞƏRH ETDİ

"Son dövrlərdə Azərbaycanın da iştirakı ilə üçtərəfli, dördtərəfli görüşlərin sayı artır. Bu görüşlərin region, o cümlədən dünya üçün əhəmiyyəti kifayət qədər böyükdür". Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bu gün Tehranda İran-Azərbaycan-Türkiyə xarici işlər nazirləri görüşürlər: "Bu görüş üç region ölkəsinin regionla bağlı məsələlərin həllinə ümumi yanaşmanı tapmağa kömək edəcək. Bu görüş üç ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Əməkdşalığı, dostluğu möhkəmləndirəcək. Hər hansı bir anlaşılmazlığı aradan qaldırmağa kömək edəcəkdir. Hamı bilir ki, regionun abu-havası Türkiyənin, İranın, o cümlədən Azərbaycanın mövqeyindən asılıdır. Azərbaycan qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin olmasında maraqlıdır. Bunun üçün dəfələrlə təşəbbüslər göstərib. Azərbaycan uzun müddətdir ki, beynəlxalq diplomatiyanın paytaxtına çevrilib. Bu günlərdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda ilk iclasının keçirilməsi buna böyük bir nümunədir. Həmçinin bu gün dünyanın bir sıra ağır problemləri var ki, o problemlərin həllində region dövlətlərinin birgə yanaşmasının çox böyük əhəmiyyəti var. İnanıram ki, bu görüş tərəfləri bir-birinə daha da yaxıınlaşdıracaq, bir çox məsələlərin həllinə köməl edəcəkdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...