Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir ŞƏRH

XX əsrin son otuz ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik bilavasitə görkəmli dövlət və siyasi xadim, Ümumilli Lider Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Siyаsi tаriхimizə qurucu və хilаskаr kimi dахil оlmuş Dahi liderimiz Hеydər Əliyеv Аzərbаycаn хаlqının tаlеyində, оnun mənəvi, siyаsi və ictimаi həyаtındа misilsiz хidmətlər göstərən dаhi bir şəхsiyyət olmuşdur. Ölkəmizin Ümummilli Lideri Heydər Əliyevin hakimiyyəti dövründə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını alınması idi.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Bu zaman Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüşdü. Azərbaycanda vəziyyətin günü-gündən daha gərginləşməsi ilə ölkənin o dövrdəki rəhbərlik də Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra parlamentarizm ənənələrinə yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Ulu Öndər Heydər Əliyev 24 iyun 1993-cü il tarixindən Prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə həyat öz axarına qayıtmağa başladı. Bu zaman ölkədə yeni idarəçilik mühiti, eləcə də ictimai-siyasi sabitlik hökm sürməyə başladı. Ulu öndər Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı. Beləliklə, dahi şəxsiyyətin idarəçilik bacarığı, əzmkarlığı və qətiyyəti sayəsində qısa zaman ərzində mühüm dəyişikliklərə nail olundu. İlk olaraq ölkə daxilində ictimai təhlükəsizlik bərpa edildi. Ölkənin müxtəlif hissələrində özləri üçün ayrıca “respublikalar” yaratdıqlarını elan etmiş separatçı şəxslərin qarşısı alınmaqla Azərbaycanın parçalanmaq təhlükəsi aradan qaldırıldı.
Ümumilli liderimiz haqqında bunu fəxrlə deyə bilərik ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Dahi Lider bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etdi. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi.

Onun müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. Ölkədə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Azərbaycan xalqı da öz liderini sevib və yaddaşlarda layiqli şəkildə bu günə kimi qoruyub saxlayıb və bundan saxlayacaq. Bu gün xalqımız əmindir ki, müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında daha yüksək zirvələr fəth edərək böyük uğurlar qazanacaq.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...