Nərimanov rayonunda şəhid övladının doğum günü qeyd olunub FOTOLAR

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş polkovnik leytenant Qərib Baxşəliyevin qızı Cənnət balanın 1 yaşı münasibətilə Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov şəhidin ailəsinə baş çəkərək təbrik etmişlər. Şəhid qızına hədiyyələr təqdim edilmiş, ona və ailəsinə səmimi təbrikləri çatdırılmışdır.

Ailənin qayğıları ilə maraqlanan icra başçısı Elgin Həbibullayev və təşkilat sədri Samir Vəliyev şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmışlər. Söhbət zamanı Ali Baş Komdandanımız, cənab Prezidentimiz İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanmışdır. Şəhid Qərib baxşəliyevin ailəsi bu diqqəti şəhid ailələrinə göstərilən növbəti qayğı kimi qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.Şəhid Qərib Baxşəliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə