QISIR SİYASƏTÇİNİN QANA VƏ HAKİMİYYƏTƏ HƏRİSLİYİ ƏLİ KƏRİMLİYƏ CAVAB

30 il idda elə ki, siyasətçiyəm və hər dəfə danışanda da özünü gülüş obyektinə çevir, qoy ora. Əslində, baş verən hadisələrə real yanaşan, ağıllı başla münasibət bildirən heç kəs özünü gülməli, başqa sözlə desək, rüsvayçı duruma salmaz. Deməli, bunun üçün reallıq hisslərini itirməlisən. Reallıq hisslərini itirmək isə obyektivlikdən uzaq olmaq, qərəzli olmaq deməkdir. Qərəz isə insan beyninə heç də yaxşı təsir etmir və bir halda ki, bu davamlı olur və zamanla beyin də sıradan çıxır. Bəli, həyata baxış tərzi və hadisələrə kəlləmayallaq münasibəti Əli Kərimlinin belə bir tip olduğunu əminliklə deməyə əsas verir.

Bilirsiniz, Əli Kərimli Ukraynada baş verən dəhşətlərə necə qiymət verir? “Demokratiya, inkişaf, tərəqqi, firavanlıq, əmin-amanlıq”! Təəccüblü gəlməsin, bəli, Əli Kərimli belə düşünür! Təbii ki, sağlam düşüncə sahibi olan heç kəs belə düşünməz! Xəstə təfəkkür sahibinin beyni qərəzdən artıq metastaz verib. Bütün neqativləri, istənilən ölkədə baş verən mənfi hadisə və nəticələri də utanmadan Azərbaycanla əlaqələndirmək, müqayisə etmək, az qala Azərbaycan hakimiyyətinin adına çıxmağa çalışır. Xəstədir axı! Xəstə olmasa, viran qalan Ukraynanı “inkişaf mərkəzi” kimi təqdim etməz.

Əli Kərimli adını siyasətçi, özünü isə kor nalbənd yerinə qoyub. Paylaşdığı statusu ilə siyasi təcrübəsinin qısır olduğunu sübut edib. Bəs, reallıq necədir? Müharibənin səbəblərinə deyil, nəticəsinə diqqət çəkəcəm. Özü də dünyanın nüfuzlu mətbu orqanı olan Guardianın 9 gün (red. ən son olan budur) öncə yaydığı məlumat əsasında. Əli Kərimlidən fərqli olaraq Guardian və istinad edilən mütəxəssislər nə deyirlər?

  • Müharibə nəticəsində Ukraynanın infrastrukturuna həftə ərzində 4,5 milyard dollar ziyan dəyir.
  • Hərbi əməliyyatlar başlayandan ziyanın ümumi məbləği 92 milyard dollara çatıb. (9 gün öncə üçün olan məlumat)
  • Müharibə zamanı 33,7 milyon kvadratmetrdən çox yaşayış binası raketlər, bombalarla vurulmuş və ümumilikdə təxminən 30 milyard dollar dəyərində digər ziyan dəymişdir.
  • 23.000 km-dən çox yol infrastrukturu sıradan çıxıb, milyardlarla dollar dəyərində olan 90.000 avtomobil yararsız hala düşüb.
  • Kiyev İqtisadiyyat Məktəbinin mütəxəssisləri müharibənin ümumi iqtisadi xərclərinin - ÜDM-ə təsiri ilə infrastruktura dəyən zərər, investisiyaların dayandırılması və milyonlarla insanın ölkədən qaçarkən işçilərin xaricə axınını da nəzərə alaraq – ümumi ziyanın 600 milyard dollara qədər arta biləcəyini bildirirlər. Mütəxəssislər, eyni zamanda bildirirlər ki, ziyanı ölçmək çox çətindir və ziyanın miqdarı səsləndirilən rəqəmlərdən çoxdur ki, az deyil.
  • Dünya Bankı hələ bir ay öncə, aprelin ortalarında Ukrayna infrastrukturuna dəymiş zərəri ilkin olaraq 60 milyard dollar həcmində qiymətləndirmişdi.
  • Beynəlxalq Valyuta Fondu da keçən ay Ukrayna iqtisadiyyatının bu il təxminən 35% azalacağını və müharibə tezliklə başa çatsa belə, ölkə iqtisadiyyatının uzun illər ciddi maneələrlə üzləşəcəyini açıqlamışdı.

İqtisadi təhlillər və verilən proqnozlar qorxunc, eyni zamanda bədbindir. Ancaq nədənsə Əli Kərimli bu məsələdə ukraynalıların yerinə nikbin “mood”dadır. Bu isə bədbəxtlikdir. Ağa qara və ya əksinə, qaraya necə ağ demək olar?! Əli Kərimli və cəbhəçilərini “nikbin mood”-a kim kökləyib deyə bilmərəm, bir onu deyə bilərəm ki, bu “adam” və “adamları” bədbəxtdirlər və Azərbaycanı viran qoya bilmək üçün üstayaqdadırlar, başları isə hansısa qoltuqlarda!

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə