44 günlük Vətən Müharibəsinin ZƏFƏR PARADI

Bəli, bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazaraq 10 dekabr, 2020-ci il Zəfər Paradının keçirilməsindən bir il ötür. Bu Zəfər Prezidentimizin diplomatik siyasətinin, Güclü Ordumuzun və rəşadətlit əsgərlərimizin şücaəti nəticəsində əldə olunan Qələbəsidir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

“Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”

Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir". Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 18 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir.

Prezident İlham Əliyev xalqa müraciətində də bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik: "Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Biz xalqımızla, ordumuzla fəxr edirik".

10 dekabr Zəfər Paradı bir daha Prezident İlham Əliyev cənablarının nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Məhz bu səbəbədən də dekabrın 10-da keçirilən Zəfər Paradı xalqımızın birliyinin, Müzəffər Ordumuzun Gücünün, qəhrəman əsgər və zabitlərimizin öz Ali Baş Komandanı, Prezident İlham Əliyev ətrafında birliyinin dünyaya nümayişi oluğunun reallığıdır.

Rusiyalı siyasi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko “Telegram” kanalında yazıb: “Yerevanda Paşinyan və müxalifət bir-biri ilə münasibətlərini aydınlaşdırır, Bakıda isə möhtəşəm Qələbə paradı hazırlayırlar".

“Paradı dünyanın aparıcı siyasətçilərinin onluğuna daxil olan İlham Əliyev qəbul edəcək. Bax, tarix belə yaradılır!”, - Korotçenko vurğulayıb.

Göründüyü kimi, Qalib Lider, Ali Baş Komandan Prezident İlham Əliyev “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin igidliyi ilə 30 illik həsrətə 44 gün ərzində son qoydu. Bax, əsl lider olmaq, əsl siyasətçi və xalqın Prezidenti olmaq budur!

Zəfər Paradı Ordumuzun qüdrəti ilə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığını dünyaya nümayiş etdirdi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları Zəfər Paradında çıxışı zamanı bildirdi ki, "Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər Paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir”. Göründüyü kimi, Türkiyə bizim xoş günümüzdə də, çətin günümüzdə də bir yerdə olduğunu, sevincimizlə, çətin günümüzlə şərik olduğunu göstərib, "Bir millət, iki dövlət" sözdə yox, reallıqda görünməkdədir.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında deyib ki, “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq”.

10 dekabr Zəfər Paradı, həqiqətən də tarixi günüdür. Çünki hər ilin son ayı olan dekabrın 31-i həmrəylik gününü qeyd edirdik və bununla yanaşı 30 il idi ki, düşmənin işğal etdiyi torpaqlarımızın, evindən, yurdundan qaçqın düşmüş soydaşlarımızın yurd, torpaq həsrətini də çəkirdik. Ötən ildən isə 31 dekabr Həmrəylik Günü daha fərqli - 30 illik həsrətə 44 gündə Qarabağ Azərbaycandır! Qələbəsi ilə qoşuluruq. Bir daha "Dağlıq Qarabağ" problemi olmayacaq! Bu problemə NİDA! qoyuldu. Və 10 dekabrda Zəfər Paradı dekabr ayına daxil olan ən böyük tarixi günlərdəndir. Çünki bu Qələbə 30 il düşmən işğalında olan torpaqlarımızın azad olunduğu və həsrətində olduğumuz Qələbə paradı idi. Bu, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır! Və nəhayət, bu Zəfər Paradı işğaldan azad olunan torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu Zəfər Paradıdır.

Azərbaycan xalqı öz qəhrəman övladları ilə qürur duyur

Azərbaycan Prezidenti yaralı əsgərləri ziyarəti zamanı bildirib ki, dövlət həmişə sizin yanınızdadır: “Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq”.

Bax, budur xalq-iqtidar-ordu birliyi və bu birliyin təcəssümü qalibiyyətdir! Bu gün Azərbaycan Prezidentinin siyasəti qalib gəldi! Çünki Azərbaycan haqq yolundadır və apardığı mübarizədə də qalib gəldi, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdi.

Prezidentimiz, Ali Baş komandanımız İlham Əliyev cənablarının dediyi kimi: "Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir! Füzuli bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Kəlbəcər bizimdir! Laçın bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Xalqımı, bütün türk dünyasını Zəfər bayramımız, Qələbə Paradımız, Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq Qarabağ Azərbaycandır! - günlərimizi təbrik edirəm!”.

Bütün xalqımızı, bütün Türk dünyasını Qələbə Zəfərli paradımızda ötən bir il münasibətilə təbrik edirəm! QƏLƏBƏ ZƏFƏRLİ PARADIMIZIN YOLU UĞURLU OLSUN!

ZƏRİFƏ QULİYEVA,

“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə