Səudiyyə Ərəbistanı və Fransa hidrogen yanacağı ilə işləyən avtomobillər istehsal edəcəklər

Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində “Aramco” enerji şirkəti və “Gaussin” korporasiyası arasında hidrogen yanacağı ilə işləyən avtomobillərin istehsalına dair Saziş imzalanıb. SİA rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Sazişdə hidrogen yanacağı ilə işləyən və sıfır karbon qazı emissiyası olan avtomobillərin istehsalı və tədarükü ilə yanaşı, onların hərəkəti üçün xüsusi trasların inşası da nəzərdə tutulub. Bu məqsədlə “Aramco”nun Yüksək İnnovasiya Mərkəzi yeni layihələr həyata keçirəcək. Sazişdə, həmçinin “Dakar” rallisinin Səudiyyə Ərəbistanı mərhələsinin hidrogen yanacağı ilə işləyən avtomobillərin hərəkət edəcəyi trasda keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, “Aramco” və fransız şirkətləri arasında süni intellekt və yaşıl texnologiyanın tətbiqi üzrə sazişlər, həmçinin “Airbus” ilə birgə hərbi aviasiya müəssisəsinin inşasına dair kontrakt da imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə