YAP hesabat-seçki yığıncaqlarını davam etdirir

YAP Nərimanov rayon təşkilatının “Qarabağ 69” (Nərimanov Tibb Mərkəzi-Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası), “F.X.Xoyski 119”(212 saylı tam orta məktəb), “F.X.Xoyski 117”(45 saylı tam orta məktəb) küçələri üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. SİA-nın verdiyi məlumata görə, ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Bildirilib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilmişdir. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib.

“Qarabağ 69” küçəsi üzrə ərazi partiya təşkilatına İsayeva Mehriban sədr, Rəsulova Mətanət sədr müavini, “F.X.Xoyski 119” küçəsi üzrə Rəhimova Məlahət sədr, Məmmədova Sərfinaz sədr müavini, “F.X.Xoyski 117” küçəsi üzrə Axundova Nəcibə sədr, Vəliyeva İradə isə sədr müavini seçilib.

Yığıncaqlarda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev hesabat məruzələrini və ərazi partiya təşkilatlarının fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Vüsal Əliyev yeni seçilmiş sədrləri və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə