Üçtərəfli görüş: baş tutarsa nə gözlənilir? ŞƏRH

Pavel Felqenqauer: “Ermənistanda heç kim yerdə qalan əraziləri Azərbaycana təhvil verməyə razı deyil”

Son günlər istər Azərbaycan, istər Rusiya, istərsə də Ermənistan mediasında noyabrın ilk ongünlüyündə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan – üçtərəfli görüşü barədə müxtəlif fikirlər səsləndirilməkdə, nəticələrə gəlinməkdədir. Ehtimal olan görüşdə müzakirə olunması gözlənilən iki məsələnin gündəmə çıxarılacağı gözlənilir və bildirilir ki, görüş baş tutarsa sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat dəhlizinin açılması əsas mövzu kimi götürüləcək. Lakin bildiyimiz kimi, bütün bunlar sadəcə ehtimallardır və üçtərəfli görüş haqqında heç bir rəsmi informasiya mövcud deyil.

“Çətin ki, anons edilən üçtərəfli görüşdə hər hansı prisnipial hadisə baş versin”. SİA xəbər verir ki, bu barədə caliber informasiya analitik mərkəzinə Rusiyanın hərbi eksperti, politoloq Pavel Felqenqauer danışıb. Onun sözlərinə görə, kommunikasiyaların blokadadan çıxarılması, həmçinin sərhədlərin delitimasiyası və demarkasiyası razılaşmaları əvvəllər də olub.

“Əgər əlavə razılaşma imzalanarsa, tərəflərin hər biri onu özünə görə nəticələndirəcək”

“Baş tutacağı halda üçtərəfli görüşdə həmin razılaşmalar yenidən təsdiq olunacaq. Əslində problem onda deyil ki, razılaşmalar yoxdur, axı heç kim sərhədlərin demarkasiyasından imtina etmir. Problem ondadır ki, demarkasiya konkrert ərazidə və praktiki cəhətdən necə keçirilməlidir.

Kommunikasiyaların blokadadan çıxarılmasına gələndə isə orada da prinsipial razılıq var, amma yenə də hər şey onu necə etmək məsələsinə söykənir. Hər halda görüş keçirilərsə bu, situasiyanı fəallaşdıracaq, ancaq hesab etmirəm ki, sammitdən sonra hər şey əla olacaq və hamı razılaşmanın şərtlərinə əməl edəcək. Hətta əgər əlavə razılaşma imzalanarsa, tərəflərin hər biri onu özünə görə nəticələndirəcək. Mümkün olan isə budur ki, mövcud status-kvonun saxlanılması kifayət qədər yüksəkdir”, ekspert bildirib.

“Vəhşi mina sahələri var ki, onların xəritələri mövcud deyil”

Felqenqauer rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Xankəndinin və Azərbaycanın digər ərazilərinin gələcək taleyi ilə bağlı da fikir bildirib. O, xatırladıb ki, bu məsələdə hətta prinsipial razılıq da yoxdur.

“Ermənistanda heç kim yerdə qalan əraziləri Azərbaycana təhvil verməyə razı deyil. Rusiya göründüyü kimi status-kvonun dondurulmasını və belə vəziyyətdə daha 5-10 il yaşamağı daha məqbul hesab edir ki, sonra görək nə olur. Görünür Azərbaycan da situasiyanı gərginləşdirməyə hazır deyil, çünki azad edilmiş ərazilərin öyrənilməsi üçün bəzi problemlər mövcuddur. Mən əhalinin geri qayıtması, təsərrüfat işlərinin bərpası kimi problemləri nəzərdə tuturam. Aydın görünür ki, bütün bunlardan baş çıxarmaq üçün illər lazım olacaq. Azərbaycan Ermənistandan konkret şeyləri tələb edir – minalanmış ərazilərin xəritələrini. Bu ərazilərdə çox yəniq ki, vəhşi mina sahələri də var, hansı ki, əvvəlcə yerləşdiriblər, sonra da yerlərini müəyyən etməyə unudublar. Belə sahələr üçün adekvat xəritələr mövcud deyil, ona görə ki, mina sahələrinə də digər sahələr kimi xdmət etmək lazımdır. Başqa sözlə ifadə etsək hər fəaliyyətə hazır olan mina sahəsinə heç olmasa uarım ildə bir dəfə minaaxratanlar çıxırlar. Onu yoxlayır, köhnə minaları yeniləri ilə əvəzləyirlər. Əgər bu daimi mina sahələridirsə, həmin sahələr işlək vəziyyətdə saxlanılır. Mən belələrini Holan təpələrində görmüşəm, hansı ki oradan İsrailin müdafiə xətti keçir. İsrailli hərbi qulluqçu mənə harada hansı minaların yerləşdirildiyini anlatdı. Bu, xidmət göstərilən mina sahələridir.

Eləcə də vəhşi mina sahələri var, oraları tikanlı məftillərlə sarıb və tərk ediblər. Orada həm partlaya bilər, həm də partlamaya bilər, hansı mina dəqiq olaraq harada basdırılıb, bu da aydın deyil. Həmin Holan yüksəkliklərində Suriyanın da mina sahələri var. Haliley dənizi tərəfindən ani yoxuş var ki, orada Suriyanın müdafiə xətti var idi və onu israillilər 1967-ci ildə almışdılar. Onlar orada bir neçə yol salmışdılar, yerdə qalan əraziləri isə atmışdılar. He kim orada nə olduğunu bilmir. Bu, vəhşi minsa sahələridir, ora xidmət edilən sahələrdən çox təhlükəlidir. Qarabağda belə xidmət edilməmiş ərazilər müxtəlifdir və çoxdur. Mümkündür ki, bir çox hallarda heç dəqiq xəritələr də yoxdur. Münaqişənin uzunmmüddətli olduğunu da nəzərə alsaq, kimin nə vaxt, harada nə basdırdığını da anlamaq çətindir. Ona görə də minalardan təmizləmə ilə bağlı problemlər bu ərazilərdə çox ciddidir və onlar illərlə qalmaqdadır. İnsanları belə ərazilərə köçürmək mümkün deyil, çünki təhlükəlidir. Bu, Azərbaycan üçün hazırda mövcud olan çox mühüm bir problemdir. Zəngəzur dəhlizinin blokadadan çıxarılması da Azərbaycan üçün problemdir. Bu, konkrert məsələlərdir ki, İrəvan buna görə nə isə almaq istəyir”, ekspert bildirib.

Pavel Felqenqauer sonda əlavə edib ki, hazırkı vaxtda situasiyanın prinsipial dəyişikliklərini görmür.

“Düşünürəm ki, Qarabağ məsələsi uzunmüddətli qutuya qoyulacaq. Əgər yaxşı nəticələrə doğru aparacaq hansısa pozitiv həllər olacaqsa, bu fərdi məsələlər üzrə həllər ola bilər. Çox yəqin ki, görüşdə hər-hansı bəyannamələr ya da bu ruhda olan nələrsə qəbul olunacaq. Ancaq mən Qarabağ məsələsini birdəfəlik bağlayan və situasiyanı dəyişmək üçün prinsipial vəziyyəti görmürəm. Mümkündür ki, yalnız palliativ qərarlar verilsin”, Felqenqauer rezümə edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə