Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb

Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb. SİA xəbər verir ki, hadisə rayonun Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbəsində baş verib.

Belə ki, Məkurə Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətəri alaraq ölüb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə