“Açıq şəkildə, vəhşicəsinə zor tətbiq edilir” SARKİSYAN SEÇKİDƏN ŞİKAYƏTLƏNDİ

Seçkilərdə baş verən qanun pozuntularına toxunan Serj Sarkisyan bütün hüquq mühafizə sisteminin, xüsusən seçki kampaniyasının son günlərində, açıq şəkildə hakimiyyətin təklifi, təkidi ilə “Mənim şərəfim var” blokunun nümayəndələrinə qarşı amansız zorakılıq tətbiq etdiyini söyləyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Serj Sarkisyan bu barədə günün ikinci yarısında açıqlama verəcəyini bəyan edib.

"Çox güman ki, günortadan sonra aralıq bir açıqlama verəcəyik", deyə Sarkisyan bildirib.

“Polis bölmələrinə anlaşılmaz dəvətlər, qanunsuz axtarışlar, məhkəmə qərarı olmadan, qanunsuz həbslər müşahidə edilir. Hadisələri yaxından izləyirik və böyük ehtimalla günortadan sonra aralıq bir açıqlama verəcəyik. Əsas açıqlama səsvermədən sonra veriləcək”, deyə Serj Sarkisyan əlavə edib.

"Ermənistan" bloku ilə əməkdaşlıq imkanlarını görüb-görmədiyini soruşulduqda, o, seçkilərin nəticələri açıqlandıqdan sonra bu barədə danışacağını deyib.

"Bu barədə danışmaq hələ tezdir", deyə fikrini çatdırıb.

“Nikol Paşinyan yenidən seçiləcəyi təqdirdə gələcəyi necə görürsünüz”, sualına isə cavab olaraq, "Bu vəziyyətdə gələcək yoxdur", deyə Sarkisyan cavab verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə