Əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır Sergey Lavrov

Əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır Sergey Lavrov

İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır.

SİA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O qeyd edib ki, 2020-ci ilin noyabrında əldə olunmuş razılaşmalar vəziyyətin tənzimlənməsi üçün bütün zəruri şərtləri əhatə edir və regionda təxminən 30 il bağlı qalmış kommunikasiyaların bərpasına yönəlib:

"Hərbçilərimiz Azərbaycan tərəfi ilə sıx təmasda fəaliyyət göstərir. Ümumilikdə, biz onların işini müsbət qiymətləndiririk. Onlar dinc həyatın bərpasına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə