İnsanları tərifləməkdən çəkinməyin ƏSAS MƏQAMLAR

Şübhəsiz ki, bütün insanlar tərif aldıqda xoşbəxt olurlar və gün boyu özlərini yaxşı hiss edirlər.

Bəs insanlara necə tərif etməliyik?

Tərifin əksəriyyəti həqiqi fikirləri əks etdirsə də, əksəriyyəti süni ola bilər. Bunu başa düşmək üçün, böyük bir məlumatlandırma tələb olunmur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qarşı tərəflə nə qədər səmimi olduğunuz, onu nə qədər tanıdığınız aldığınız təriflərin gerçək olub-olmadığına cavabdır. Lakin, tərif sevən insanlar olduğu kimi, ümumiyyətlə sevməyənlər də var.

Bəs, tərif niyə bəzi insanların xoşuna gəlmir?

Araşdırmalara görə, aldığı təriflərə necə cavab verəcəyini bilməyən insanlar, tərif alanda ümumiyyətlə əsəbi olurlar. Bu səbəbdən bəzən pozitiv cümlələr qurduğumuz insanlar bizə yalnız düz və qısa bir gülümsəməylə cavab verir və ya heç reaksiya vermirlər.

İnsan həyatında, ətrafınızdakılara tərif etmək üçün çox etibarlı səbəblər var. Bunlardan bir neçəsi:

Özünüzü və qarşınızdakını xoşbəxt edirsiniz

Hər bir insanın xoşbəxt olacağı kiçik şeylər olmalıdır. Hər kəs xırda şeylərdən məmnun olduğunu və onu qoruya biləcəyini düşünür. Lakin, bu vəziyyətin düşünüldüyü kimi heç bir maddi dəyəri yoxdur. Pulla almaq mümkün olmayan ən vacib şeylərdən biri, qarşınızdakı insanı xoşbəxt etməkdir. Sevdiyiniz hər kəsə həqiqi təriflər verdiyinizə əmin olun. Bu vəziyyət psixoloji olaraq hər ikinizə müsbət təsir edir. Beləliklə, işiniz, dərsiniz, ictimai həyatınız, gözləntiləriniz, insan münasibətləriniz, xəyallarınız, sevdikləriniz və hətta bəyənmədikləriniz də yaxşı təsirə malik olur.

Özü ilə barışıq olan insanlar başqasını tərifləyirlər

Özünü sevməyən, bəyənməyən birinin sənə tərif etməsini gözləyə bilməzsən. Həmin adam özü ilə o qədər məşğuldur ki, kiməsə tərif etməyin nə olduğunu dərk edə bilməyəcək. Həmçinin, özü ilə məşğul olması mənfi cəhətlərini öyrənmək olduğuna görə, bu məşğuliyyət onun üçün də yaxşı olmayacaq. Özünü sevməyən bir insanın başqa gözəl və yaxşı bir şey görməsi çətin məsələdir. Özü ilə barışıq olan insanlar başqalarını tərifləyirlər.

Etdiyiniz tərifin qarşılığı olur

Həyatda hər şeyin qarşılığı var. "Tərif də qarşılıqlıdır?" demə. Bu gün kiməsə tərif edirsənsə, bil ki, sabah da səni tərifləyəcəklər. Özünüzü yaxşı hiss etmədiyiniz gündə “Bu gün çox gözəl görünürsən” deyən birinin olması, gününüzü yaxşı keçməsi üçün kifayətdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə