Ukraynadakı rus dilinə görə vəhşilik radikallar musiqiçiləri döyüblər

Lvovda bir qrup Ukrayna millətçisi "Rınok" meydanında çıxış edən rusdilli musiqiçiləri vəhşicəsinə döyüb. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, "aktivist" Natalya Markeviç gənclərə yaxınlaşıb və Rus dilində mahnı oxuduğuna görə sənətçiləri təhqir etməyə başlayıb. "Mən rus dilliyəm. Mənə rahat olan dildə də ünsiyyət quracağam", deyə oğlan ona cavab verib.
Bir qədər sonra şəbəkələrdə qırılmış, sındırılmış musiqi alətlərini təsvir edən görüntülər ortaya çıxıb. Markeviç, rus dilində danışanlara qarşı zorakılığa çağırış edib.
Xatırladaq ki, son bir neçə ayda Ukraynada rus dilini istifadə etdiyinə görə vətəndaşlara qarşı təcavüz halları daha tez-tez baş verir. 2021-ci ilin yanvarından bəri ölkədəki bütün xidmət sektoru Ukrayna dilinə keçib və işçilər rus dilində ünsiyyət qurduqları üçün cərimələrlə üzləşə bilərlər. Eyni zamanda, Ukraynada milyonlarla insan yalnız rus dilində ünsiyyət qura bilirlər.
Odessada millətçilər rus hərflərinə görə bir Yəhudi restoranına hücum ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə