Tahir Kərimli: “Paşinyan hələ də yalanlar danışır” ÖZƏL-RƏY

““Rossiya 1” telekanalının “60 dəqiqə” verlişində Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın nitqinə fikir verəndə müqayisə olunmaz nəticələr əmələ gəlir. Azərbaycan Respublikasının Prezidenti səlis və sərrast danışdı, eyni zamanda, çox ciddi arqumentlərlə Azərbaycanın haqlı mövqeyini bildirdi”. Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri N.Paşinyan verilişdə çıxışında özünü biyabır etdi: “Əgər Ermənistanda iki təyyarə havaya qalxıbsa, dağa çırpılaraq partlayıbsa və ya mərmi ilə vurulmayıbsa, Paşinyan həyasızcasına dedi ki, bu təyyarə Türkiyə tərəfinə verilən NATO-ya məxsus F-16 təyyarəsi ilə vurulub. Görün bu insanlar 100 milyonluq auditoriyanın qarşısında da yalan deməkdən çəkinmirlər. O cümlədən, həyasızcasına dünya birliyini Azərbaycana qarşı mübarizəyə səslədi. İnsan nə qədər alcaqdır, utanmadan bildirir ki, ermənilər öz vətənində vuruşur. Füzuli, Ağdam nə vaxtdan bunun vətəni olub? O rayonların hansı birində nə zamansa ermənilər yaşayıb? Bunlar nə qədər həyasızdılar”.

T.Kərimli onu da bildirdi ki, Fransanın prezidenti həyasızcasına özünün iç dünyasını gizlədə bilməyərək Türkiyənin müharibəyə qarışmasına imkan verməyəcəyi bəyanatını verir və açıq şəkildə erməniləri dəstəkləyir: “Bu İslamafobiyadır, Türkiyəyə və Azərbaycana qarşı qərəzdir. Dünyanı idarə edən güclər Azərbaycanın haqq işini, öz torpaqlarını azad etməyinə razı ola bilmirlər. Ona görə də, Paşinyanın verlişdəki fikirləri həyasızlığın pik həddi hesab etmək olar. Tarix boyu başqasının torpağını, adını, məişətini oğurlayan bir millət, artıq özünün faşizmindən də uzağa gedib. Hətta alman faşistləri belə tutduqları ərazilərdə yerli əhalini vurub çıxarmırdılar. Bunlar isə kütləvi şəkildə insanları öz yurdlarından çıxartdılar. Bax, bu onların simasıdır. Ona görə də, bir daha rusdilli auditoriya Paşinyanın nə qədər cılız olduğunu məntiqsiz, arqumentsiz və yalan danışdığını gördü. Hətta rus politoloqlarından biri elə təyyarə haqqında və onun verdiyi yalan məlumatı ifşa etdi. Azərbaycan Prezidenti həqiqətən də böyük bir auditoriyada Azərbaycanın haqq işini hamıya çatdıra bildi”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə