"İşçi əməkhaqqı almırsa deməli onlar qeydiyyata götürülməyib"

"Sanitar-epidemioloji vəziyyət toyların təşkil edilməsinə imkan vermir. Hər hansı şadlıq sarayında və ya hansısa müəssisədə fəaliyyət göstərən işçilər əgər əməkhaqqı almırsa bu o deməkdir ki, həmin insanlar rəsmi qeydiyyata götürülməyib". SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, biz sahibkarlara ona görə dəstək oluruq ki, onlar işçilərinin əməkhaqqısını təmin etsinlər: "Əgər hər hansı müəssisədə işçi əməkhaqqı almırsa demək ki, onlar qeydiyyata götürülməyib. Rəsmi qeydiyyatı olan işçilər isə əməkhaqqını almağa davam edəcəklər. Əməkhaqqı almayan qeyri-rəsmi işçi qüvvəsinə səslənərək bildirmək istəyirik ki, rəsmi qeydiyyat məsələsinə diqqətlə yanaşsınlar. Xüsusilə də indiki dövrdə bu məsələ özünü göstərir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...