Aram Sarkisyan: “Erməni iqtidarı ölkənin milli maraqlarını Rusiyanın maraqlarına qurban verməsi ilə razılaşıb”

"O, şəxs ki 1 Mart hadisələrindən sonra hakimiyyətə gəlib, onun Ermənistanda Rusiya hərbi bazasının uzunmüddətli qalması ilə bağlı razılaşmanı imzalamağa heç bir mənəvi hüququ yoxdur". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri dünən İrəvandakı müxalifətin mitinqi zamanı Respublika Partiyasının lideri Aram Sarkisyan deyib: "Qanunsuz olaraq hakimiyyət gələn şəxsin 5 illik sənədi belə imzalamağa hüququ yoxdur. Ancaq o, gələcəkdə iqtidara gələcək şəxslərin də yerinə qərar verərək 49 illik müqavilə imzalayır. Ən dəhşətlisi odur ki, o bunu Dağlıq Qarabağın təhlükəsizliyi üçün edir".

 

Sarkisyan bildirib ki, Rusiya ilə bağlanan anlaşma hakimiyyətin çatışmayan inamına və qorxusuna dəlalət edir: "Siyasi baxımdam hakimiyyət 2044-cü ilə kimi onların maraqlarının müdafiəsi ilə razılaşıb. Ermənistandakı Rusiya bazalarının müddətinin artırılması barədə protokolla iqtidar ölkənin milli maraqlarını Rusiyanın maraqlarına tabe olmasına razılaşıb. Rusiya erməni xalqının formalaşdırdığı iqtidarı istəmir. İstər iqtisadi, istərsə də siyasi məsələlərdə bərabərhüquqlu münasibətləri dəstəkləyirik, bütün ölkələr, o cümlədən Rusiya ilə".

 

Bu müqavilənin erməni iqtidarının bir daha seçkilərlə seçilməyəcəyini açıq şəkildə ortaya qoyduğunu söyləyən partiya lideri rəhbərliyin Moskva tərəfindən təyin ediləcəyini qeyd edib.

 

A.Sarkisyan bildirib ki, Dağlıq Qarabağ konfliktinin açarı hakimiyyətin demokratikləşməsidir. O, mitindəki çıxışında "Youtube"də yayımlanan görüntüləri də xatırladıb. Həmin görüntülərdə əsgərlərin tərqir olunduğunun açıq şəkildə göründüyünü deyən Sarkisyan 12 aprel 2004-cü il, həmçinin 1 Mart hadisələrində belə insan tiplərinin səhnədə olduğunu vurğulayıb: "Hansı ki, günahsız adamlara hücum etdi və onlara atəş açdı. Bu insan tipləri Çarentsavan polis şöbəsində adamları öldürdü. Hələ də bu cür insanlar mövcuddur. Bunlarla Ermənistanın gələcəyi olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə