Ordudan təxris olunan gənclərlə görüş keçirilib FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsində ordudan təxris olunan gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin rəisi mayor Zöhrab Camalov vətən qarşısında öz borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzuladı. Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu icrasından danışıb. Bu proqram çərçivəsində gənclərin məşğulluğun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırıb.

Çıxışlarda qeyd olundu ki, son illər silahlı qüvvlərimizin sıralarında müddətdən artıq hərbi qulluqçu kimi çalışanların sayı artıb. İndi həqiqi hərbi xidmətini başa vuran gənclər könüllü olaraq hərbi hissələrə qayıdır və vətənin keşiyində mərdliklə dayanırlar. Respublikamızın müxtəlif bölgələrində məskunlaşan Kəlbəcərli məcburi köçkünlərdə daim dövlətə və vətənə bağlılığı ilə seçilir. Çıxış edən gənclər hər an Ali Baş Komandanın əmri ilə düşmənə layiqli müqavimət göstərməyə hazır olduqlarını söyləyiblər. Çıxışlarda işğal altında torpaqlarımızın tezliklə azad oluancağına və məcburi köçkünlərin tezliklə öz yurd yuvalarına qayıdacaqlarına əminlik ifadə olunub.

Sonda həqiqi hərbi hərbi xidmət müddətini başa vuran gənclərə hərbi bilet və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə