Ermənilərə təlim keçən yaraqlılar məhv edildi

Türkiyənin cənub-şərqində keçirilmiş xüsusi əməliyyat nəticəsində 7 snayper məhv edilib. Türkiyənin xüsusi xidmət orqanlarının məlumatına görə, onlar Azərbaycanın işğal edimiş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər.

SİA-nın məlumatına göra, bu barədə "TGRThaber" telekanalına istinadən məlumat verilir.

Onlar, həmçinin Dağlıq Qarabağda ermənilərin qanunsuz silahlı qruplaşmalarına təlim keçiblər.

Məhv edilmiş yaraqlıların ASALA erməni terror təşkilatı ilə bağlı sıx əlaqələrinin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə