Dövlət rəhbəri İsrailin müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün I Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...