Parlamentlərarası əlaqələr üzrə bəzi işçi qruplarının yeni rəhbərləri məlum olub

Bu gün Milli Məclisdə parlamentin "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərarına əlavə və dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. SİA-nın məlumatına görə, Milli Məclis parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alıb ki, "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarına bir sıra əlavə və dəyişikliklər edilsin.

Dəyişikliklərə əsasən, Əliyev Rauf Asif oğlu Azərbaycan - Bolqarıstan, Novruzov Siyavuş Dünyamalı oğlu Azərbaycan - Çin, Əliyev Nəriman Əlibala oğlu Azərbaycan - İordaniya, Məmmədov İqbal Nəriman oğlu Azərbaycan - Monteneqro, Cavadov Ərəstun Nurəddin oğlu Azərbaycan - Pakistan, Hüseynov Əliağa İzzət oğlu isə Azərbaycan - Tailand parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri təyin olunublar.

Mövcud qərara edilmiş əlavələrə görə, Aslanov Novruzəli Davud oğlu Azərbaycan - Vyetnam, Qənizadə Çingiz Aşralı oğlu isə Azərbaycan - Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbələri təyin ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə