Hillari Klinton rəsmi olaraq ABŞ dövlət katibi vəzifəsini tərk edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə saat 01.00-dan etibarən onu bu vəzifədə Con Kerri əvəz edir.

"Bu mənim üçün şərəf idi – sizin hökumətdə işləmək və ölkəmizi dünyada təmsil etmək. Mən həmişəkindən daha çox ABŞ-ın qlobal liderliyində və bizim dünyada xeyir gücü olmaq bacarığımızda əminəm", - deyə Klintonun prezident Barak Obamaya göndərdiyi məktubda bildirilir.

Klintonun son iş günündə ABŞ-ın Ankaradakı səfirliyinə terror hücumu olub. "Biz çox mürəkkəb və təhlükəli dövrdə yaşayırıq. Ankaradakı səfirlikdə baş verənlər bunu bir daha təsdiq edir. Mən bilirəm ki, 21-ci əsrdə qurmaq istədiyimiz dünyanı çox ağır günlər gözləyir. Lakin bu gün mən 4 il əvvəlkinə nisbətən daha optimistəm", - deyə Klinton dövlət departamentinin əməkdaşları ilə vida görüşündə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə