Elman Abdullayev: “Yanvardan 50-ə yaxın azərbaycanlı Suriyadan geri qayıdıb”

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini normal surətdə davam etdirir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətinə gəlincə isə Elman Abdullayev bildirib ki, səfirlik öz fəaliyyətini davam etdirir və səfirin geri çağırılması məsələsi gündəmdə deyil: "Səfirin geri çağırılması ilə bağlı heç bir məlumat yoxdur. İyunun 10-a olan məlumata əsasən, Suriyada yaşayan 60 azərbaycanlı səfirlikdə qeydiyyatdan keçib. Bunların 26-sı tələbə, 34-ü isə onların ailə üzvləridir".

Ötən həftənin cümə və şənbə günləri həmin insanlarla əlaqə saxlanıldığını deyən E.Abdullayev tələbələrin ölkəmizə qayıtması tövsiyə olunduğunu bildirib: "Yanvardan bu günə qədər 50-ə yaxın Azərbaycan vətəndaşı Suriyadan geri qayıdıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə