Artur Rasizadə: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq digər ölkələr üçün nümunədir”

Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın digər ölkələr üçün nümunədir. SİA-nın "Qruziya-online" saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan-Gürcüstan Hökumətlərarası komissiyanın Tiflisdə keçirilən iclası zamanı Azərbaycanın Baş naziri Artur Rasizadə deyib.

Azərbaycanda və Gürcüstanda həyata keçirilən layihələrə də toxunan Artur Rəsi-zadə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi tamamlanma mərhələsindədir. O, qeyd edib ki, bu layihə Avropa ilə Asiya arasında birbaşa dəmiryol nəqliyyatını təmin edəcək: "Bütün maliyyə məsələləri həll olunub və dəmiryol ya 2012-ci ilin sonunda, ya da son halda 2013-ci ilin əvvəlində başa çatacaq. Siz Tbilisidə qatara minərək ondan düşmədən Parisə gedə bilərsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə