Rəsmi İrəvanın məhz Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirakına nəzər saldıqda bəlli olur ki, erməni baş nazirin Çinə səfəri elə Ermənistanın özünün əsas qlobal oyunçularla münasibətlərdə manevr etmək niyyətindən başqa bir şey deyil. Məhz Vaşinqtondakı məlum görüşün ardınca hayların balansı saxlamağa yönəlmiş xarici siyasətinin klassik təzahürü aydın şəkildə ortadadır. Ən azından, David Arutyunov kimi erməni əsilli politoloqlar olmaqla, dünyanın əksər siyasətçiləri bu qənaətdədirlərsə, deməli, ermənisayağı manevr artıq göz önündədir və qətiyyən təkzib edilən deyil.
Hətta erməni əsilli politoloqlar belə açıq şəkildə bildirirlər ki, rəsmi İrəvan balansı saxlamaq, daha doğrusu bərpa etmək üçün əldən-ayaqdan gedir və Ermənistanın xarici siyasət istiqamətinin ABŞ-a nəzərəçarpacaq dərəcədə dəyişməsi Vaşinqtondakı son razılaşmalardan sonra xüsusilə aktuallaşıb. Belə məlum olur ki, Rusiya və Çinin üstünlük təşkil etdiyi sammitdə iştirak, bu ölkələrin liderləri ilə aktiv təmaslar “pozulmuş balansı bərpa etmək” cəhdi imiş. Ən azından politoloqlar bunu belə qiymətləndirirlər.
Çin ilə guya strateji tərəfdaşlıq və iqtisadi maraqların olduğu illüziyası...
Sammitdə rəsmi İrəvanın əsas niyyətindən biri də məhz Ermənistan-Çin münasibətlərinin guya strateji tərəfdaşlıq səviyyəsinə çatdığının elan etmək, yaxud belə göstərmək olub, hansıki bunun hayların boğazında qalacağı əvvəlcədən də bəlli idi. Daha dəqiq desək, Ermənistan hakimiyyəti yenə də daxili auditoriyaya hesablanan gedişində birinci növbədə illüziyalar yaratmağa çalışıb. Təbii ki, buna nə dərəcədə nail olduğu və ümumiyyətlə hansı fikrin formalaşdığı erməni cəmiyyətinin, xüsusən də erməni politoloqlarının münasibətində aşkar şəkildə görünür. Məsələn, həmin o erməni politoloq David Arutyunovun timsalında bütövlükdə erməni cəmiyyəti elə hesab edir ki, Ermənistan nümayəndə heyətinin səfərinin məqsədlərindən biri heç də hansısa strateji və iqtisadi maraqlar olmayıb və Pekinlə son zamanlar nəzərəçarpacaq dərəcədə soyumuş münasibətlərə “yamaq” vurmaqdan başqa rəsmi İrəvanın heç nəyə ümidi belə ola bilməz. Yəni, hayların özlərinə də məlumdur ki, ağızlarının suyu nə qədər axsa da onların həmin o strateji tərəfdaşlıq, yaxud da iqtisadi maraqlar deyə pafosla səsləndiriklərinə zərrə qədər də şansları yoxdur. Bu, elə həmin o ənənəvi erməni utopiyasından başqa bir şey kimi görünmür.
Xüsusilə xatırlatmaq yerinə düşərdi ki, İrəvan təmsilçiləri ilə Tayvan arasında bir qədər əvvəl baş vermiş “soyuq” təmaslar özü də bütövlükdə Ermənistan üçün bir zərrə belə şansın yaranmasına imkan vermir. Ermənistanın hakimiyyəti indi məhz Tayvan məsələsində Pekinin mövqeyini nə qədər dəstəkləsə də arzusu ürəklərində qalmaqdadır. İrəvanın açıq-aşkar şəkildə “Çinlə iqtisadi sahədə əlaqələri inkişaf etdirmək” istəyi belə həm də çox gülünc görünür. Əvvəla, Ermənistan hansı resursla belə bir istəyə düşür? Digər tərəfdən də, axı Çin sərmayəsini və texnologiyasını cəlb etməyə necə ümid edə bilər? Guya erməni cəmiyyəti, bütövlükdə haylar bilmirlər ki, nə imkanları, potensialları, nə resursları var, nə də ixtiyarları öz əllərində deyil? Bilirlər. Özü də çox yaxşı bilirlər ki, ümid etmək istədikləri “Tramp yolu” kimi tanınan layihəyə belə göz diksələr amerikalılar onların gözlərini oyarlar və ABŞ tərəfindən hansı şəkildə idarə edildiklərini başa da düşürlər. Onu da başa düşürlər ki, ABŞ-ın rəhbərlik etdiyi layihədə Çinin iştirakının nə dərəcədə isə təmin edilməsi mümkünsüzdür. Daha dəqiq desək, rəqabət aparan geosiyasi qüvvələrin maraqlarının toqquşduğu yerdə özlərini heç görə də bilmirlər. Deməli, hansısa şans belə yoxdur və strateji tərəfdaşlıq və iqtisadi maraqlar deyə göstərilənlər illüziyadan başqa bir şey deyil...
Hayların Rusiya ilə münasibətlərində qaranlıqlar və həll olunmamış ŞƏT-ə üzvlük məsələsi
Bəli, ŞƏT sammitinə səfər əslində erməni tərəfinə Rusiya ilə hansısa müstəvidə və səviyyədə əlaqələr qurmaq imkanı verdi, amma görəsən bu imkan ilə gerçəklik üst-üstə düşürdümü? Doğrudur, Rusiya tərəfi ilə görüşlər həyata keçirildi, sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş də baş tutdu, amma bu o demək deyil ki, iki ölkə arasında artıq çoxdan yaranmış buzlar elə bir anda da əridi. Bəli, Vaşinqtondakı danışıqlardan, razılaşmalardan sonra İrəvan məhz Moskva ilə münasibətlərdə guya “normallıq” olduğunu da nümayiş etdirməyə çalışıb və bunun üçün çox böyük “səhnələr” də hazırlanıb, amma nəyə isə nail olduğunu söyləmək olmaz. Əvvəla ona görə ki, Rusiya tərəfi Ermənistanın hansı “üzə”, daha dəqiq desək, hansı ikiüzlülüyə sahib olduğuna artıq dəfələrlə əmin olub və bu dəfə Nikol Paşinyan və onun hakimiyyət komandasının hansı sifətə girməsindən asılı olmayaraq, Kreml üçün qətiyyən qəbul edilən sayıla bilməz. Digər tərəfdən də axı rəsmi İrəvan nə vaxt yatdı ki, nə yuxu da görə bilsin? Axı Ermənistan hakimiyyətinin bir “göz qırpımında” bütün münasibətlərə aydınlıq gətirməsi qətiyyən inandırıcı deyil. Yaxud da, Paşinyanın və komandasının sehrli çubuğu yox idi ki, hadisələrin gedişatını, mövcud vəziyyəti, geosiyasi mənzərəni bir anda dəyişə bilsin... Əgər haylar Azərbaycanın məhz təşkilata tamhüquqlu üzvlük məsələsinə nail ola bilmədikləri ilə təskinlik tapmağa çalışırlarsa və bunu göstərməyə, yaymağa həvəslidirlərsə, yenə də yanılırlar, çünki bu məsələ də onların düşündükləri kimi deyil. Məsələ burasındadır ki, Hindistanın “maneçilik niyyəti” sayəsində Azərbaycanın həmin o təşkilata üzv olmaması erməniləri çox da sevindirməməlidir, çünki başa düşməlidirlər ki, hələ də münasibətlərə aydınlıq gətirilmədiyi və Şərqlə Qərbin qarşılıqlı rəqabətdə olduğu durumda elə balanslaşdırılmış siyasət aparılması ən doğru seçimdir və rəsmi Bakını, Azərbaycanı bu vəziyyət tamamilə qane edir. Amma unutmamalıdırlar ki, onlar üçün Rusiya ilə münasibətlər və eləcə də ŞƏT-ə üzvlük məsələsi hələ də qaranlıq qalır və çox güman ki, belə də qalacaq...
Ənənəvi erməni yanlışlıqları və hay hiyləgərliyi fonunda rəzalət
Sammitdən və görüşlərdən bir neçə gün keçməsinə baxmayaraq, hələ də Ermənistan hakimiyyəti guya öz diplomatiyasında “uğur” qazanması barədə illüziya yaratmaq həvəsindən əl çəkə bilmir. Suda böğulanın saman çöpünə də əl atması misalında hər şeyə əl atmağa cəhd də edir. Amma bunun da nə dərəcədə yanlışlıq olduğunu yenə də dərk etməkdə çətinlik çəkir. Paşinyan və onun hakimiyyət komandası başa düşə bilmir ki, yenə də yalanları, illüziyaları ifşa olunduğu zaman eyni ilə 44 günlük müharibədə yaşadıqları acı nəticələrin ardınca daxili auditoriyanın şiddətli qınağına tuş gəldikləri kimi, yenə də qınağa, tənqidə və bəlkə də daha dəhşətlisinə tuş gəlmiş olacaqlar. Bax elə bunun özü bir növ, ənənəvi hay yanlışlıqları, eyni zamanda, hay hiyləgərliyi fonunda rəzalət deməkdir.
İrəvan və Bakı arasında münasibətlərdə davam edən fikir ayrılıqlarını da daxili auditoriyaya nümayişkəranə şəkildə göstərməyə çalışan Ermənistan hakimiyyəti bu məsələdə də yanılır. Özü də bərk yanılır. Əgər Paşinyan və onun hakimiyyət komandası qarşı tərəfə əzələ nümayiş etdirdiyini göstərmək və buna inandırmaq istəyirsə, yenə də yanılır. Çünki haylar özləri də yaxşı bilirlər ki, onların ölkələrinin də, ölkə rəhbərlərinin də hansısa formada güc nümayişi üçün zərrə qədər də potensialı yoxdur. Deməli, Ermənistanın hakimiyyət komandası yenə də özü-özünü aldadır və yenə də yanlış yoldadır. Əslində, bu boyda hiyləgərlikləri belə onların rəzilliklərini göstərir və bir daha təsdiq edir ki, ənənəvi yanlışlıqları da, hiyləgərlikləri də, guya balansı bərpa etmək üçün etdikləri erməni manevləri özü də elə ən böyük rəzalətləridir...
Bütün xəbərlər Facebook səhifəmizdə