Yaponiya dövləti deyiləndə ilk ağıla elmin, texnologiyanın sürətlə inkişaf etdiyi dövlət gəlir. Əsrarəngiz gözəlliyə, füsunkar meşələrə, axar çaylara, bulaqlara, dənizlərə, göylərə ucalan dağlara malik olan Yaponiya həm də səbirli, təmkinli insanları ilə də fərqlənir. Dağıdıcı gücə malik zəlzələlərin, vulkanların, eləcə də həyatlarında müxtəlif hadisələrin baş verməsinə baxmayaraq yaponlar həddindən artıq səbirli davranırlar. Heç zaman baş verən fəlakətli hadisəyə görə özlərini itirmirlər, ora-bura qaçaraq ciddi şəkildə narahatlıq keçirdiklərini nümayiş etdirmirlər. İstənilən baş verən hadisəni səbirlə, təmkinlə aradan qaldırmağa çalışırlar. Bu da onların imperatorun müəyyənləşdirdiyi qayda-qanunlara tam şəkildə riayət etmələrinin nəticəsidir. Yaponiyanın ilk sakinlərinin Şərqi Asiya və Cənubi Pasifik adalarından gələn immiqrantlar olduğu bildirilir. Onların ulu əcdadlarının Yamato irqi deyə bilinən və M. S. 3 və 4 əsrdə döyüşçü qəbilələr və klanlar üzərinə gedərək üstünlük quran eyni irqə aid insanlar olduğu da qeyd olunur. Şərqdə adalardan ibarət olan Yaponiya heç bir ölkə ilə quru sərhədə malik deyil. Ölkənin Şimalında Koreya Yarımadası (Cənubi Koreya və Şimali Koreya) və Rusiya ilə həmsərhəd Yapon Dənizi, Qərbdə dəniz kənarında Tayvan və Çin ilə qonşu olan Yaponiyanın şərq və cənubunda isə Böyük Okean yerləşir.
4-cü əsrin sonundan etibarən Yaponiyada Çinin mədəniyyəti ölkənin bütün sferalarına yayılmağa başladı. Əvvəl Konfutsi dini sonra isə Buddizm dinləri Yaponiyada hakim dinlərə çevrildilər. Yaponiyanın yaranma tarixi qədim olsa da, 8-ci əsrin ortalarına qədər vahid dövlət halında formalaşmayıb. 789-cu il də adalardan ibarət olan Yaponiyada Narada imperatorluğu qurulur. İmperator qanlı döyüşlər və uzun müddətli mübarizələrlə dağınıq və pərakəndə halında olan yaponları vahid bayraq altında birləşdirməyi bacarır. Yaponiyada indi ki, dövr də imperatorluq ölkənin əsas hakim mütləqi hesab olunur. Düzdür, dövlətin Konstitusiyasında imperatorluğun səlahiyyətləri o dərəcədə geniş deyil. Bütün səlahiyyətlər baş nazirə aiddir. Ancaq İmperator ölkənin milli təhlükəsizliyi və əhalinin dini etiqadlarının qorunmasında söz sahibidir. Hətta bu ölkədə dövrlər imperatorun adı ilə bağlı olur. Meyci dövründən başlayaraq imperatorların hakimiyyətdə olduğu dövr onların öz adları ilə adlanır. Nümunə olaraq İmperator Meyci - Meyci dövrü, İmperator Tayşo - Tayşo dövrü, İmperator Şyova - Şyova dövrü adlanırdı. Hazırda dünyada 2025-ci il olsa da, Yaponiyada Heysey dövrünün 37-ci ildir. Ondan əvvəlki dövr isə Şyova dövrü olub. Hazırda isə yaponlar Reiva dövrünün 7-ci ilini yaşayırlar.
Yaponiyanın avropalılar tərəfindən işğal və qarət olunması
Yaponiyanın böyük sərvətlərə malik olması istismarçı avropalıları özünə cəlb etməyə başladı. Xüsusilə də, 1556-cı ildən başlayaraq İspaniya, Fransa, Böyük Britaniya, Hollandiya kimi işğalçı dövlətlər Yaponiya torpaqlarına ayaq basdılar. Onlar ölkənin təbii sərvətlərini talan etməklə yanaşı, əhalinin dini inanclarını dəyişməyə çalışırdılar. Əhalinin dini inanclarının dəyişdirilməsinə qarşı çıxan İmperator və onun ətrafı müharibələrlə işğalçı avropalıları ərazilərindən çıxara bildilər. Yalınız ölkə daxilində Çin və Hollandiya ərazilərdə qala bildilər. O dövrdə Hollandiya iqtisadi cəhətdən geniş inkişaf etmiş dövlətlərdən hesab olunurdu. Bu fakt Yaponiyanın digər dövlətlərlə iqtisadi, ticarət əlaqələrinin qurulmasına imkan yaratmışdır. 1853-cü ildə ABŞ -dan olan Komodor Matthev Perry dörd gəmi ilə Tokio Körfəzinə daxil olmuş və yaponlarla ABŞ arasında əlaqələrin qurulmasına yardımçı olmuşdur. Sonra da iqtisadi müqavilələr Rusiya, Böyük Britanya və Hollandiya ilə də imzalanmışdır. Lakin imzalanan müqavilər istismarçıları razı salmadığından hərbi güclə ölkənin sərvətlərini talan etməyə çalışmışlar. Xüsusilə də Çin və Rusiya Yaponiyanı özlərinin əsas gəlir mənbəyi hesab edərək, ölkənin əhalisini qul olaraq işlətməyə və təbii sərvətlərini qarət etməyə daha çox maraq göstərmişlər. Çin tələblərini yerinə yetirmək istəməyən yaponları amansız formada öldürür və ya həbs edərək işgəncələrə məruz qoyurdu. Nəhayət, xalq imperatorun çağırışı ilə işğalçılara qarşı mübarizəyə qalxdılar. Yaponiya 1894–1895-ci illərdə Çinlə, 1904 və 1905-ci illərdə də isə Rusiya ilə müharibə aparmışdır. Yaponların mübariz və qətiyyətli olması müharibələrin onların qələbəsi ilə başa çatmasına səbəb olmuşdur. Çinin böyük hissəsini işğal edən Yaponiya Koreyanı öz ərazilərinə qatmağı bacarmışdır. 1902-ci ildə bağlanmış İngiltərə-Yaponiya müqaviləsi Rusiya ilə müharibəyə başlamaq prosesini sürətləndirdi. 1904-cü ilin yanvarında yapon donanmasının Koreyanın Çemulpo limanında Rusiyaya məxsus "Varyaq" kreyserini və "Koreyets" gəmisini məhv etməsi ilə müharibə başlandı. 1904-cü ilin mayında Port-Artur qalası mühasirəyə alındı. Avqust ayında Lyaoyan ətrafındakı döyüşdə ruslar məğlub edildilər. 1904-cü ilin dekabrında Port-Artur qalası təslim oldu. 1905-ci ilin fevralında o dövrün ən böyük döyüşlərindən olan Mukden döyüşündə də rus ordusu ağır məğlubiyyətə uğradıldı. May ayında Susima dəniz döyüşündə rus eskadrasının demək olar ki, tamamilə məhv edilməsi ilə müharibə başa çatmış oldu.
1905-ci ilin avqustunda ABŞ-nin Portsmut şəhərində bağlanmış sülh müqaviləsinə əsasən Rusiya Yaponiyanın Koreyanı işğal etməsini təsdiq etdi. Yaponiya Lyaodun yarımadasını icarəyə götürmək hüququ qazandı. Rusları əzməklə yaponlar 1875-ci ildə itirdikləri Saxalin adalarını da geri qaytarardılar. 1905-ci ilin noyabrında Yaponiya Koreyanın xarici siyasəti üzərində rəsmi olaraq nəzarət hüququ aldı. Koreya millətçiləri tərəfindən yapon knyaz İtonun öldürülməsi Yaponiyanın Koreyanı tamamilə işğal etməsi üçün bəhanə oldu.1910-cu ilin avqustunda Koreya Yaponiyanın ptotektoratına keçdi.
Yaponiya-Çin müharibəsi ikincinin ağır məğlubiyyəti ilə baş çatmışdır
Birinci Dünya müharibəsinə qoşulan Yaponiya bu müharibədən də qələbə ilə çıxmışdır. 1937-də başlayan Yaponiya-Çin müharibəsi ikincinin ağır məğlubiyyəti ilə baş çatmışdır. İkinci Dünya müharibəsinin başlanması ilə Yaponiya Almaniya və İtaliya ilə hərbi ittifaq qurdu. Yaponiya Sakit okeanda imperiya qurmaq üçün müharibədən istifadə etməyi planlaşdırırdı. Artıq Çinin əhəmiyyətli hissəsinə nəzarəti yaponlar ələ keçirmişdi. Amma cənubi-şərqi Asiyada Avropa ölkələrinin koloniyalarının olması və ABŞ-ın mövqeyi vəziyyəti qəlizləşdirirdi. ABŞ zəiflətmək və bölgədə mövqelərini möhkəmləndirmək üçün Yaponiya 7 dekabr 1941-ci ildə Havay Adalarına hücum edərək Amerikan donanmasını yox etdi. ABŞ prezidenti Ruzvelt 7 dekabr tarixini "biabırçı gün" adlandırdı. Ümumiyyətlə, o zaman Yaponiya çox güclü idi. 1945-ci ilin yayında təkcə yapon quru qüvvələri 4 milyon nəfərdən çox idi. Məhz bu ordu da əsas zərbə qüvvəsi idi. Amerika hərbçilərinin hesablamasına görə, Yaponiyanı yalnız 1947-ci ildə təslim etmək mümkün ola bilərdi. Bu isə ABŞ-a ən azı 1 milyon hərbçi itirmək bahasına başa gələrdi. Bu elə bir vaxt idi ki, artıq ABŞ dünyanı məhv edə biləcək atom bombası əldə edə bilmişdi. Atom bombasının gücün müəyyənləşdirmək və həm də Yaponiyanı diz çökdürmək üçün Ruzvelt Yaponiyaya qarşı atom bombasının tətbiqinə dair əmr imzaladı. Beləliklə, 1945-ci il avqustun 6-da ABŞ tərəfindən dünyanın ilk atom bombası Xirosima limanı üzərinə atıldı və bu şəhər əhalisi ilə birlikdə bir anda yox oldu. Bu müdhiş hadisə avqustun 9-da Naqasakidə təkrar olundu. Xalq və hökumət dünya hərb tarixində indiyə qədər görünməyən bu dəhşətli ölüm silahının sınağının törətmiş olduğu kütləvi insan qırğını və dağıntılardan bir anda sarsıldı. Sovet İttifaqı bir müttəfiq dövlət kimi ABŞ, Böyük Britaniya və Çinin yapon hərbi qüvvələrinin danışıqsız təslim olması tələbinə qoşulur, əgər qarşı tərəf bu tələbi yerinə yetirməkdən imtina edərsə, o özünü 1945-ci il avqustun 9-dan etibarən Yaponiya ilə müharibə vəziyyətində hesab edəcək. Beləliklə, Sovet İttifaqı Yaponiyaya qarşı müharibəyə başlayır və sovet sovet ordusu Mancuriyaya daxil olaraq Kvantun ordusunu darmadağın edir. Bundan sonra 14 avqust 1945-ci ildə qeydsiz şərtsiz təslim olmağı qəbul edən Yaponiya 2 sentyabr 1945-ci ildə rəsmi təslim razılaşması imzaladı. Yaponiya ərazisi heç bir müqavimət göstərmədən ABŞ hərbi qüvvələri tərəfindən işğal olundu. Tarixdə ilk dəfə yapon adaları kənar qüvvələr tərəfindən işğala məruz qalırdı. Beləliklə də, Yaponiya 1945-ci ildən Amerika işğal rejimi altına keçdi. İşğal rejimi 1952-ci ilə qədər davam etmişdir. ABŞ hərbi idarəsinə də general Makartur rəhbərlik edirdi. Tarixçilər onu hətta bəzən "Yaponiyanın tacsız imperatoru" da adlandırırlar. Bu müddətdə yapon xalqı ölkənin yenidən qurulmasına səfərbər ola bildi.
Konstitusiyanın 9-cu maddəsinə görə Yaponiya müharibədən və silahlı qüvvə tətbiqindən həmişəlik imtina edir
1946-cı ilin aprelində Yaponiyada parlament seçkiləri keçirildi. Seçkilərdə Liberal və Mütərəqqi-Demokrat partiyaları üstünlük qazandılar. Parlament 1947-ci il 3 mayda ölkənin yeni konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə monarxiya rejimi saxlanılırdı. Lakin imperator əvvəlki mütləq hakimiyyətindən məhrum edilir, "millətin birlik simvolu"na çevrilirdi. Ali hakimiyyət ümumi səsvermə yolu ilə seçilən iki palatalı parlamentə məxsus oldu. Parlament hökuməti formalaşdırır, hökumət onun qarşısında məsuliyyət daşıyırdı. Yenidən qəbul edilən Yaponiya Konstitusiyanın 9-cu maddəsinə görə "Yapon xalqı beynəlxalq mübahisələrin həllində bir vasitə kimi millətin suveren hüququ olan müharibədən, həmçinin təhdid etməkdən və silahlı qüvvə tətbiqindən həmişəlik imtina edir". Yaponiyanın tarixində aldığı daha bir zərbə 1951-ci ilin 8 sentyabrında San-Fransisko təşkil olunan sülh müqaviləsi gündəliyində əks olunan müddəalar idi. 52 ölkənin iştirak etdiyi konfransda qəbul edilən və imzalanan sülh müqaviləsi şərtlərinə görə Yaponiya Koreyanın istiqlaliyyətini tanıyır və Mikroneziya adalarının BMT-nin himayəsinə verilməsini qəbul edirdi. İkincisi, Kuril adalarına, Cənubi Saxalinə, həmçinin Tayvana, Penxuledao adalarına və bir sıra kiçik adalara hər cür iddialardan əl çəkirdi. Müqavilənin şərtlərinə görə, bununla Yaponiya ilə onun rəqibləri arasındakı müharibə vəziyyətinə son qoyurdu. Lakin Sovet İttifaqı və onun təsiri altında olan Polşa və Çexoslovakiya müqaviləni imzalamadı. Sovetlər belə bəhanə gətirdilər ki, guya bu sənəddə yapon təcavüzündən zərər çəkən ölkələrin təhlükəsizliyinin təminatı məsələsi Yalta və Potsdam konfranslarının müvafiq qərarlarına uyğun həllini tapmamışdır. Müqavilə həm də Amerika qoşunlarının Yaponiyada qalmasını daha da möhkəmləndirirdi. Sonuncu məsələnin hüququ əsası isə sülh müqaviləsinin imzalanmasından bir neçə saat sonra ABŞ və Yaponiya arasında bağlanan "Təhlükəsizlik müqaviləsi"ndə öz həllini tapdı. 1952-ci ilin aprel ayında qüvvəyə minən Fransisko razılaşması ilə Yaponiya təkrar istiqlalını qazandı. 1956-cı ildə isə Yaponiya Birləşmiş Millətlər Təşkilatına tam hüquqlu üzv qəbul edildi. Müstəqilliyini qazandıqdan sonra Yaponiya böyük bir iqtisadi inkişafa nail olmağı bacarmışdır. Hazırda iqtisadi və texniki sahədə Yaponiya dünyada uğurlarına görə tanınan və seçilən dövlətlərdəndir. Lakin Yaponiya və onun xalqı nə qədər iqtisadi, siyasi uğurlara, nailiyyətlərə imza atsalar da, tarixin yaralarını heç zaman sağalda bilməyib və bundan sonra da sağaltmaları mümkün deyil. Yalnız ABŞ-ın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombasının ağır və acı təsirlərini Yaponiya heç zaman aradan qaldıra bilməyəcək. Atom bombasının tətbiq olunduğu o sarsıdıcı gündən 80 il keçməsinə baxmayaraq hələ də orada uşaqlar xəstə doğulur. Hələ də o ərazilərdə ekoloji vəziyyət çox ağırdır, ağaclar, bitkilər bu yerlərdə bitmir, hava daim çirkli olur.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə