Ermənistanın Avropa yuxusu - RAKURS

Ermənistandakılar yenə eyforiyadadırlar, özlərinin uydurduğu qeyri-real dünyada, Avropanın tam ağuşunda olduqlarını düşünürlər. Rusiyanın qucağından qaçıb avropalılara sığınmaq planları quran ermənilər Rusiyanın imperiya caynağından qurtulmağın nə qədər çətin, ağrılı olduğunu əsla ağıllarına gətirmirlər. XVIII-XIX əsrlərdə Çar Rusiyası tərəfindən dünyanın dörd bir yanından Azərbaycan torpaqlarına köçürüləndə, onlara dövlət və mülkədar torpaqlarından yer veriləndə, İrəvan xanlığını İrəvan quberniyasına çevirib sonradan ermənilərə dövlət quranda nədənsə Avropa “hay”ların yadına düşmürdü. Bu gün Qərbdən kabab iyi gəlir deyə ac və yalavac ermənilər ora üz tuturlar. Halbuki, Çar Rusiyasının, xüsusən də çarın ucqarlar siyasətində ermənilərə böyük üstünlüklər verməsində bu ələbaxan tayfanın imperiyaya və imperatora olan “sədaqət”ləri əsas götürülürdü. Amma zaman göstərdi ki, bu, yanlış siyasət imiş, ermənilər hər an ona yaxşılıq edənləri satan, ona arxa çevirən ibtidai qəbilə düşüncəli sürü imişlər.

Ermənistan Azərbaycan torpaqları hesabına yaradılmış qondarma dövlət olması kimsəyə sirr deyil. Bunun üçün arxivlərə müraciət etməyə, elmi araşdırmalar aparmağa da lüzum yoxdur. Çünki tarixdə heç vaxt, xüsusəndə indiki coğrafiyada “Ermənistan” adlı dövlət mövcud olmayıb. 1914-cü ilə ABŞ-ın prezidenti olmuş Vudro Vilsonun kağız üzərində qalmış qərarı ilə “yaradılmış” qondarma “Böyük Ermənistan” qurulmağa macal tapmasa da, Çar Rusiyasının düzməcəsi ilə Ermənistan dövləti yaradıldı. Cəmi 9-10 min kvadrat kilometr ərazisi olan Ermənistan bolşeviklərin hakimiyyətə gəlməsindən sonra yenə də Azərbaycanın Göyçə, Basarkeçər, Dərələyəz və Zəngəzur mahalları hesabına genişləndirilərək 29,8 min kvadrat kilometrə çatdırıldı. İştah diş altda olar, deyib atalar. Ermənilərin proletariat diktaturasının “sərmayəsi” hesabına yaradılmış “Dağlıq Qarabağ Muxtar Vilayəti” isə XX əsrin son onilliyində başlanacaq böyük müharibənin fitili rolunu məharətlə oynamışdır.

30 il Ermənistanın işğalı altında qalan, talanan, insanları məhv edilən, əsir və girov götürülən Qarabağ 4 il bundan əvvəl Prezident, Ali Baş komandan İlham Əliyevin mahir sərkərdəliyi altında düşmən tapdağından azad edildi. Məğlubiyyət acısını dadan ermənilər bunun günahını I Qarabağ savaşında tam olaraq “hay”ların tərəfində dayanan, lakin II Qarabağ müharibəsində neytral qalan Rusiyada gördülər və ondan üz çevirdilər. İndi ağıllanıblar və avropalaşmaq iddiasına düşüblər. “Böyük bacı”sı Fransa İrəvana cənnət vəd edib, əgər deyilənlərə düzgün əməl edilsə ermənilər Avropa ailəsinə qəbul ediləcək.

Avropaya üzvlüyün “dəqiq tarixi”

Keçmiş kinorejissor, ictimai-siyasi xadim, Ermənistan Avropa Partiyasının (EAP) lideri Tiqran Xzmalyanın Van Radiosuna müsahibəsində Ermənistanın Avropa İttifaqına daxil olmasının dəqiq tarixini qeyd edib və Şengen vizalarının verilməsində çətin bürokratik prosedurların gözlənilməz günahkarını göstərib. “Tiqran, mənə de ki, başa düşdüyüm kimi, sən bir neçə ildir bu işlə məşğul olan, ölkəsinin gələcəyini bunda görən, bəzi şeyləri planlaşdırmalısan. Planlarınız nədir? Ermənistan nə vaxt Avropa Birliyinin bir hissəsi olacaq?”, – deyə aparıcı soruşub.

“2030-cu ildə” deyə Xzmalyan lakonik şəkildə cavab verib, “Avropa artıq buna qərar verib”. Aparıcı Aİ ölkələrinə viza almaqda çətinliklərdən şikayətlənib: “Mən bütün bu cəhənnəm dairələrindən keçməliyəm, viza almalıyam...”. Avropa Partiyasının lideri gözlənilmədən bəyan edib ki, “əslində bunlar avropalı deyil, Ermənistan XİN-in xalqı aldatması, mümkün qədər çətinə salması üçün açıqlanmayan bir qərar var”, deyə bildirib. “2030-cu ildə xalqı aldatmağın mənası olmayacaq. Sərhədlər açıq olanda qaçmağa ehtiyac qalmır. Nədən qaçırlar? Uşaqları ordudan, müharibədən xilas etmək üçün qaçırlar, iqtisadi sıxıntılardan qaçırlar, qanunsuzluqdan qaçırlar. Bu problemlər həll olunmayana qədər biz Avropaya üzv olmayacağıq. Bizim isə cəmi 5-6 ilimiz qalıb və biz bütün bunları etməliyik. Gecikmə hakimiyyətin oğurluğudur, onlar bizim tarixi vaxtımızı oğurlayırlar”, - deyən EPA rəhbəri erməni xalqının bir ildən sonra hakimiyyətini dəyişəcəyini istisna etməyib.

Ermənistanın Ukrayna, Gürcüstan və Moldovadan aldığı dərslər

“Gəlin əlimizi ürəyimizə qoyub özümüzə sual verək: Qərbdə də bunu istəyirlər, ölkəmizi bərabərhüquqlu tərəfdaş kimi qəbul etməyə hazırdırlarmı? Beynəlxalq Respublika İnstitutu adından Breavis tərəfindən 2024-cü il sentyabrın 13-dən 25-dək telefon müsahibələri (CATI) vasitəsilə həyata keçirilən ictimai rəy sorğusunun məlumatları, baş verən hadisələr başa çatdıqdan sonra, hazırda qiymətləndirmək üçün xüsusilə vacibdir. Moldovada prezident seçkiləri və ölkənin Avropaya inteqrasiyası məsələsi ilə bağlı referendum keçirilib.
Ən yüksək vəzifə üçün 11 namizəd mübarizə aparıb, favoritlər Moldovanın hazırkı prezidenti Maia Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo idi. Sandu Avropa yolunun tərəfdarıdır, Stoyanoqlo rusiyayönlü siyasətçi hesab olunur. O, seçicilərin 94%-dən çoxu inteqrasiyanın əleyhinə səs verdiyi Moldovanın muxtar bölgəsi olan Qaquziyadandır. Mərkəzi Seçki Komissiyası protokolların 98%-ni emal etdikdən sonra hazırkı prezident 41,86%, onun rəqibi isə 26,34% səs toplayıb. Namizədlərdən heç biri 50% səs toplaya bilmədiyi üçün ikinci tur tələb olunacaq. MSK artıq seçkilərin ikinci turunun noyabrın 3-də keçiriləcəyini açıqlayıb. Və orada, görünür, ölkənin rusiyayönlü eks-prezidenti İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Aleksandr Stoyanoqlo qalib gələcək.

Məsələ burasındadır ki, ikinci turda həm “Bizim Partiya”nın lideri Renato Usatii, həm də ATU Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah Stoyanoqlonun lehinə səslərini verəcəklər. Digər rusiyapərəst namizədlər var ki, onlar öz elektoratını Sanduya və buna görə də Moldovanın Avropa seçiminə qarşı çıxmağa çağıracaqlar. Bəli, ölkənin Avropaya inteqrasiyası ilə bağlı referendumun nəticələri kifayət qədər yaxındır - yarısı “lehinə”, yarısı “əleyhinə”. Amma tamamilə aydındır ki, Stoyanoqlo qalib gəlsə, rəsmi Kişinyovun xarici siyasət kursu kəskin şəkildə dəyişəcək. Və burada bunun baş verdiyinə görə Sandunu günahlandırmalıyıq. Çünki moldovalılar rusiyapərəst namizədlərə səs verdilər, çünki onlar ondan və ölkəni Avropaya aparmaq istəyindən məyus olublar.

Əslində moldovalılar artıq Avropadadırlar. Aİ-də bu ölkənin vətəndaşları üçün mövcud vizasız rejim moldovalılara bu ölkənin standartlarına uyğun olaraq yaxşı pul qazanmağa kömək edir. Onların ailələri Aİ ölkələrindən orada işləyən moldovalıların köçürmələri hesabına yaşayırlar. Üstəlik, xeyli sayda moldovalı çoxdan Rumıniya pasportu alıb ki, bu da Avropada iş tapmaq məsələsini tamamilə sadələşdirib. Lakin bütün bunlara baxmayaraq, moldovalılar Sandu və Aİ-yə üzvlük lehinə son və güclü seçim etməyiblər. Bu da başqa bir siqnal olmalıdır.

Əlbəttə, hər bir ölkə hansısa birliyə, ittifaqa qoşulmaqda sərbəstdirlər. Ermənistan da öz yolunu seçə bilər, öncə demokratiyanı inkişaf etdirməli, Qərb dəyərlərinə qoşulmalıdır. Amma ermənilər əllərini ürəklərinin üstünə qoyub deyə bilərlərmi ki, Qərbdə də onları istəyirlər və Ermənistanı bərabərhüquqlu tərəfdaş kimi qəbul etməyə hazırdırlar. Ukrayna, Gürcüstan və Moldovanın təcrübəsi göstərdi ki, şübhə üçün əsaslar var. ABŞ, NATO və Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsinin qarşısını ala bilmədi və ona qalib gəlməyə kömək edə bilmədi. Kollektiv Qərbin köməyi son dərəcə dozalı idi və qalır və rus qoşunları getdikcə daha çox Ukrayna yaşayış məntəqələrini işğal edir. Gürcüstan 2008-ci ilin avqust müharibəsi ilə bağlı kədərli təcrübəsini xatırlayaraq, ABŞ və Aİ-yə açıq meylin əleyhinədir. Və biz görürük ki, artıq Gürcüstana qarşı da sanksiyalar tətbiq olunur. Gürcüstan həmçinin Aİ ilə vizasız statusundan məhrum edilib və əhəmiyyətli maliyyə yardımından məhrum olub. Moldovada Rusiyayönlü bir adam hakimiyyətə gələrsə, eyni şey onu da gözləyə bilər. Ermənistan isə bütün bunlara baxaraq başqalarının səhvlərindən dərs almalıdır.

“Qarabağ Azərbaycandır” və bu qədərmi?

Yalan və yalanın davamlı dozasının bir daha şahidi olduq. Bunu Milli Assambleyanın tribunasında “Ermənistan” fraksiyasının üzvü Artsvik Minasyan deyib. “Milli Assambleyanın nə az, nə çox spikeri “artsax”ın Azərbaycanın ərazisi kimi tanınması ilə bağlı ittihamlarla nəinki Azərbaycan diskursunu ifadə etmir, həm də milli qüvvələri hansısa mərhələdə eyni əməlləri törətməkdə ittiham edir.

Milli Assambleyanın spikeri Alen Simonyan bildirib ki, bugünkü müxalifət hakimiyyətdə olanda “Artsax”ı müstəqil dövlət kimi tanımayıb və Azərbaycanın bir hissəsi kimi tərk edib. “İnzibati-ərazi bölgüsü haqqında qanunu müzakirə edib qəbul edəndə, buranın Azərbaycan olduğunu bəyan edəndə Simonyan qeyd edib ki, fakt faktlığında qalır: “Bu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və qalır”.

2020-ci ildən bizi dün 4 il ayırır, eyni ilin eyni ayında Ermənistanda nələr yaşanırdı? Ermənilər çox iddialı idilər, imkanları olsaydı Azərbaycanı hər anlamda cəzalandırardılar. Amma zaman onların xeyirinə deyildi, bu dəfə çox güclü Azərbaycanla baş-başa idilər. Beynəlxalq ictimaiyyət də bizim haqlı olduğumuza inanırdı, erməniləri öz adı ilə - işğalçı deyə çağırırdı. Bəli, Azərbaycan zamanı düzgün seçmişdi. 10 noyabr üçtərəfli Bəyanatından sonra baş verə hadisələri Bakı planlı şəkildə tərtib edib, onu zərgər dəqiqliyi ilə həyata keçirirdi. Avropanın aparıcı ölkələri ac-yalavac Ermənistanın əvəzinə Azərbaycan kimi inkişaf etmiş bir ölkəni öz sıralarında görmək istərdi. Amma… Azərbaycan buna gedərmi? Azadlığı, müstəqilliyi boş vədlərə dəyişmək olarmı?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə