Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində yerli Tələbələr Assosiasiyasının üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, görüş zamanı Səfir Zaur Əhmədov tərəfindən xarici tələbələrə Azərbaycanın xarici siyasət prioritetləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı vacib roldan söz açılıb.
Diplomat Cənubi Qafqazda gedən sülh prosesi, Azərbaycan - İsveç əlaqələri, Azərbaycandakı tarixi Nobel irsi barədə ətraflı məlumat verib.
Həmçinin, noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıq işləri və digər məsələlər haqqında danışılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Daha sonra Azərbaycanın turizm imkanları, mədəniyyəti və mətbəxi haqda sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə