"Polineziya xalqının öz müqəddəratını təyin etmək hüququ var" - Fransız Polineziyasının nümayəndəsi

"Fransa BMT-nin qətnamələrinə riayət etmir. Polineziya xalqının öz müqəddəratını təyin etmək hüququ var". SİA xəbər verir ki, bu sözləri Fransız Polineziyasının Tavini Huiraatira Partiyasının sədr müavininin xarici əlaqələr üzrə müşaviri, Punaauia şəhərində Tavini-nin baş koordinatoru Marania Vaianui deyib.

O bildirib ki, BMT Baş Assambleyasının qətnaməsinə əsasən, Polineziya Fransa müstəmləkəçiliyindən azad olmalıdır: "193 ölkə dəstək göstərməlidir ki, biz xalq kimi azad olaq. Biz bu gün də, gələcəkdə də okeanın zənginliklərindən istifadə imkanına sahib olmalıyıq. Arzu edirəm ki, ölkəmiz tam suverenliyə sahib olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə