AŞPA üzrxahlıq edib səhvini düzəldəcəkmi? TƏHLİL

Fevralın 7-də keçirilən azad, demokratik seçkilər Azərbaycanın iqtisadi, siyasi, hərbi, diplomatik gücünə yeni güc qatdı. Seçkilər həm də Azərbaycanın hüquqi və demokratik dövlət quruculuğuna sədaqətli olduğunu nümayiş etdirdi. Təbii ki, Azərbaycanın dünyanın əksər ölkələrinə nümunə ola biləcək azad, demokratik seçki keçirməsi yerli və xarici qüvvələri daha geniş formada narahat edir. Ona görə də, bütün çirkin vasitələri ilə demokratik şəkildə keçirilən seçkilərə kölgə salmağa çalışırlar. Lakin mümkünsüzdür. Çünki Azərbaycan elə bir seçki ənənəsi ortaya qoydu ki, ona xələl gətirmək mümkün deyil. Fakt budur ki, xarici məkrli dairələr hər dəfə Azərbaycanın uğurlarına kölgə salmağa cəhdlər göstəriblər. Xüsusilə də Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi, 2023-cü ilin noyabrın 8-də tarixi şəhərimiz Xankəndidə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi paradın keçirməsi dünya güclərini ciddi şəkildə narahat edib. Azərbaycanın dünya siyasətini müəyyənləşdirən və istənilən məsələ də diktə edən tərəf olmasını qəbul etmək istəmədiklərindən anormal vasitələrlə ölkəmizə problemlər yaratmağa çalışırlar. Xüsusilə də ABŞ, Fransa, Almaniya kimi dövlətlər Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirməklə açıq formada məkrli niyyətlərini nümayiş etdirirlər. Təbii ki, bu məsələdə erməni lobbisinin sifarişləri də rol oynayır. Beynəlxalq normalara görə, hər hansı dövlət başqa bir suveren dövlətin iç məsələlərini müzakirə edə və hər hansı bir qərarla çıxış edə bilməz. Lakin ABŞ Konqresi və ya Senatı Ermənistanın dövlət istəklərinə erməni lobbisinin maraqlarına uyğun olaraq dəfələrlə Azərbaycanla bağlı anormal dinləmələr keçirib. Dinləmələr Ermənistandakı revanşist qüvvələri ruhlandıran və onları və Cənubi Qafqaza sabitliyi pozmağa xidmət edən qərarların qəbulu ilə müşahidə olunur. Hətta ara-sıra anormal qərarlar da qəbul edirlər. Söz yox ki, ABŞ Qarabağı azad edən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniyalar təşkil edir. Lakin diqqətdən qaçmamalıdır ki, bu, təkcə Prezident İlham Əliyevə deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik, təhqirdir.

Sifarişli qərarların qəbulunun arxasında erməni lobbisi dayanır

2023-cü il noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilmiş dinləmələr bunun daha bir nümunəsi sayıla bilər. Söz yox ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Bu da onu deməyə əsas verir ki, dünyanın aparıcı dövləti kimi özünü təqdim etməyə çalışan ABŞ, əslində, Kardaşyan kimi fahişə modellərin əlində alət olub. Nəzərə almaq lazımdır ki, qondarma tədbirdən öncə tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Görüşün 5 saata qədər davam etməsi onu təsdiq edir ki, tərəflər Azərbaycana qarşı necə şər və böhtanlar səsləndirmək, iddialar və ittihamlar irəli sürmək məsələlərini geniş və əhatə şəkildə müzakirə edib, razılaşma əldə ediblər. Dinləmələr gözlənildiyi kimi erməni lobbisinin tələblərinə uyğun keçirilib. Tomas Kin ermənilərin Qarabağdan guya etnik təmizləmə yolu ilə çıxarılması məsələsinə etiraz edərək deyib ki, Birləşmiş Millətlər Təşkilatının Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komissiyasının Ermənistana köç edən Qarabağ erməniləri ilə bağlı xüsusi arayışı var. Orada çox aydın şəkildə yazılıb ki, onlar Qarabağdan etnik təmizləmə ilə məcburi şəkildə köçürülməyib. Özləri könüllü şəkildə köçüb gediblər. Təbiidir ki, bütün bunları Tomas Kin də bilir. Sadəcə Azərbaycanın Qarabağda əldə etdiyi qələbəsinə, insanlarımızın öz yurd-yuvalarına qayıdışına qısqanclıqla yanaşmalar nümayiş etdirilib. Bu anormal müzakirələrdən sonra ermənipərəst konqresmenlər Azərbaycan yardımların azaldılacağı barədə çıxışlar da ediblər. Ancaq bunlar anlamırlar ki, zatən Amerika Birləşmiş Ştatları Azərbaycana Ermənistandan qat-qat az yardımlar göstərir. Bununla yanaşı qeyd olunmalıdır ki, ölkəmizin hər hansı kənar yardımlara ehtiyacı yoxdur.

Azərbaycan milli və dövlət maraqlarını üstün tutmasını açıq və qəti şəkildə bəyan edir

"Erməni maraqlarına xidmət edən bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməklə ölkəmizin əldə etdiyi böyükmiqyaslı nailiyyətlərinə kölgə salmağa çalışırlar. Bu yaxınlarda AŞPA-nın Azərbaycanın bu qurumda səsvermə hüququnun məhdudlaşdırılması haqqında qətnaməsi də qərəzli və ikili standartlara söykənən qərəzli qətnamədir. "Avropa Şurası Parlament Assambleyasının zaman – zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Bu barədə dəfələrlə deyilib, səbəbləri göstərilib. Lakin AŞPA-nın dünən Avropada KİV-lərin azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi onu söyləməyə əsas verir ki, qurumun ölkəmizə qarşı qərəzi xroniki hal alıb". Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün facebook səhifəsində paylaşdığı "AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi" sərlövhəli məqalədə bildirib. Əli Əhmədov qeyd edib ki, Azərbaycan surətli inkişaf və transformasiya dövrünü yaşayır. Onun seçdiyi yolun uğurlu davamı bir çox amillərlə yanaşı aşkarlığı, informasiya azadlığını, dünyaya açıqlığı nəzərdə tutur. Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsi ölkəmizin seçdiyi yolla irəliləməsinə təkan verən əsas şərtlərdir. Eyni zamanda, Azərbaycan daim milli və dövlət maraqlarını üstün tutmasını da açıq və qəti şəkildə bəyan edir. Bütün məsələlərdə olduğu kimi söz və mətbuat azadlığına münasibət də Azərbaycanda Konstitusiyada və qanunlarda təsbit olunmuş azadlıqlar kontekstində öz həllini tapır. Azərbaycanın söz və mətbuat azadlığının geniş qorunduğu ölkələr sırasında olduğunu sübuta yetirən onlarla səbəb sadalamaq mümkündür.

7 fevral seçkilərinin azad və ədalətli şəkildə keçirilməsi Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən ayrı-ayrı ermənipərəst dairələrinə, beynəlxalq təşkilat təmsilçilərinə vurulan şillə oldu. Gözləmək olar ki, bundan sonra AŞPA və ABŞ, Fransa, Almaniya kimi dövlətlər yanlışlıqlarına görə, Azərbaycan xalqından üzr istəyib, səhvlərini etiraf edəcəklər. Lakin inandırıcı deyil ki, erməni lobbisinin təsiri altında xarici dövlətlər üzr istəmək kimi məqbul reallıqdan istifadə edəcəklər. Əksinə, düşünmək olar ki, bundan sonra daha geniş formada qarayaxma kampaniyalarını "çiçəkləndirəcək"lər. Çünki, onlar heç vəchlə güclü və qüdrətli Azərbaycanın, həm də demokratik cəmiyyətin olmasını istəmirlər. Necə ki, 44 günlük Vətən Müharibəsi ilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilmirlər. Lakin Azərbaycan hansı qüvvələrin, məkrli dairələrin münasibətindən asılı olmayaraq öz dünya inkişafını, mütərəqqi demokratikləşməni daha da inkişaf etdirməklə davam etdirəcək.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə