Naxçıvan MR-nın Daimi Nümayəndəliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib - FOTOLAR

Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin kollektivi Ulu Öndərin anım günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib. SİA xəbər verir ki, onlar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyub, əməkdar elm xadimi, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da məzarı önünə güllər qoyulub, böyük alimin əziz xatirəsinə hörmət və ehtiram ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə