bu gün sizə yaşı miladdan 8 min il əvvələ gedən, tarixi Şumer, Babil, Urartu, Fars, Roma, Əməvi, Artuqi və Osmanlı dövrlərini əhatə edən, fərqli mədəniyyətləri, dinləri, adət-ənənələri qucaqlayan Türkiyənin Mardin rayonundan danışırıq... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Zaman və məkan anlayışınız nə vaxtsa dəyişibmi? Yəni bir yer sizə həm tanış, həm yad görünür? İndiki zamanda yaşadığınızı bildiyiniz halda sanki keçmişdə də olduğunuzu hiss etmisinizmi? Küçədə gedərkən, bir evin mətbəxini və ya qonaq otağını görərkən? Bunlar sizə filmin səhnələri kimi görünə bilər, amma Anadoluda sizi müxtəlif zamanlara və yerlərə aparan bir şəhər var.

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə yaşı miladdan 8 min il əvvələ gedən, tarixi Şumer, Babil, Urartu, Fars, Roma, Əməvi, Artuqi və Osmanlı dövrlərini əhatə edən, fərqli mədəniyyətləri, dinləri, adət-ənənələri qucaqlayan, multikulturalizm, tolerantlıq, daş memarlığı və maraqlı insanları ilə cəlb edən və özünü sevdirən Türkiyənin Mardin rayonundan danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb.

Mardin zamanın sehrli şəhəridir. Qədim mədəniyyətlərin çiçəkləndiyi Mesopotamiyaya yuxarıdan baxır. Tarixi şəhər mərkəzinə qədəm qoyduğunuz andan etibarən başqa bir aləmə düşürsünüz. Burada sanki daşlar hər an danışır, nəsə deyir kimi.

“Nağıllar şəhəri” Mardin torpağın yamacına uyğun evləri, pilləkənli dar küçələri, bazarları ilə hər güşəsində keçmişin izlərini daşıyan bir şəhərdir.

Mardin tarixə bələdçilik edən Mesopotamiya ilə Anadolunun kəsişməsində yerləşir. Müxtəlif dövrlərin müxtəlif mədəniyyətlərini yaşadan şəhərin bu unikal ab-havası insanları istər-istəməz özünə çəkir.

Məscidin yanından dar küçələrinin birinə keçərkən Assuri kilsəsi ilə qarşılaşırsan.

Mardin daş evlərdəki rəsmləri, qapı döymələri, pəncərələrdəki bəzəkləri ilə Qüds və Venesiya ilə birlikdə qorunan 3 üç şəhərdən biri sayılır. Qorunan ərazi təbii, arxeoloji və mədəni dəyərlərinə görə mühafizə altında olan və tikintiyə qapalı olan yerlərdir.

İç-içə keçən labirint kimi küçələri, o küçələrdə körpü əmələ gətirən evlərin otaqları, eşidilməyən inanclar Mardinə yeni gələnə sürprizlər bəxş edir.

KEÇİD

Mardin bir yamacda salınıb. Min illərdir mədəniyyətlərin bir-birinə qarışdığı bir yerdir. Türklər, assurilər, ərəblər və başqa xalqların nümayəndələri bir arada yaşayır burada. Müsəlmanlar, xristianlar, Günəşə və “Taus mələyi”nə sitayiş edənlər var Mardində. Bildiyiniz, ya bilmədiyiniz inanclar var burada. Mədəniyyətlər və dinlərin qarışdığı bir şəhərdir Mardin.

Mardində minlərlə illik qala və ətəyində Zinciriyə mədrəsəsi var. Son Artuklu Sultanı tərəfindən ərazinin ən hündür yerində tikilən mədrəsə həm rəsədxana, həm də məktəb kimi istifadə olunub.

Şəhər mərkəzindən bir qədər uzaqda yerləşən digər mədrəsə Mardinin ən böyük tikilisi sayılan Qasımiyyə mədrəsəsidir. Türbə, kiçik məscid, fəvvarə, hovuz və 20-dən çox otaqdan ibarət bu mədrəsə kompleksi daş işləmələri ilə cəlbedicidir. Hovuzun memarlığında insanın doğulduğu andan ölümünə qədər keçdiyi yol əks olunur.

Şəhidiyə məscidi də usta daşçılıq işi və minarəsindəki bəzəkləri ilə maraqlıdır.

Ulu Came (məscidi) də şəhərin qədim məscidlərindəndir. Dörd əsrlik yaşı olan bu məscid Anadoluda qoşa minarəli məscidlərin ilk nümunələrindən sayılır.

Assurilərin mühüm ibadət mərkəzlərindən olan Deyrulzafaran və ya Mor Hananyo monastırı isə şəhər mərkəzindən bir qədər kənardadır. Monastırın həyətində 4500 illik Günəş məbədi və oturaq vəziyyətdə basdırılmış, patriarx məzarlarının olduğu Müqəddəslər Evi var.

Bütün xəbərlər Facebook səhifəmizdə