Qədim Misir dini və Misir tanrılarının yaranması - FOTOLAR

Qədim dövrdə misirlilərin yaratdığı mənəvi dünya, din tarixində bənzərsiz və ecazkardır. Bu mənəvi dünyanın xarakteri həm sirli, həm də açıq-aydın idi. SİA xəbər verir ki, bu dünya eyni anda həm əlçatan, həm də gizliydi. Misir dini tez-tez mif və ritual qatlarına səth olsa da, qədim Nil sivilizasiyasına nüfuz edib və sonunda Misir mədəniyyətini haradasa təsəvvür edilə bilən hər şəkildə formalaşdırıb, bəsləyib və istiqamətləndirib.

Misirin tanrıları həm fironların, həm vətəndaşların həyatında olub. Buna görə də, qədim dünyanın digər yerlərindən daha möhtəşəm bir teokratik cəmiyyət yaratdılar. Heredotun “Misirlilər digər xalqlardan daha çox dindardır” açıqlamasının arxasındakı həqiqət çox genişdir. Yüzlərlə tanrı və ilahələri, zahirdə sonsuz məbədləri, zənginliyi və mürəkkəbliyi ilə misilsiz bir mifologiyanı əhatə edir.

Heyvan, mələz insan və qarışıq formaları da daxil olmaqla daim dəyişən rəmzləri və atributları olan bu saysız-hesabsız tanrı cəmiyyəti ən yaxşı halda qəribə və qarışıq, ən pis halda isə anlaşılmaz görünür. Amma daha yaxından araşdırılınca mifləri və təmsilləri ilə qarşılıqlı əlaqələnib, çox zaman gözlənilməyən intellektual və incəsənətdə inkişaf sərgiləyən, xalça toxuyan tanrı və ilahələr dünyası ortaya çıxır.

Qədim Misir və onun zəngin teokratik mühiti

Bu tanrılarla əlaqəli dəlillərimiz həm qədimdir, həm də mətn, memarlıq, təmsili və əl işləri mənbələri ilə genişdir. Dəlillərimiz eyni zamanda təəccüblü dərəcədə nizamsız və parçalanmışdır. Qədim dövr tanrıları ilə bağlı əlimizdə olan məlumatların əsas mənbələri dini mərasimlərin təşkil olunduğu və dini inancların qeyd olunduğu yerlər olan məbədlər və məzarlardır. Eyni zamanda qədim dövr tanrıları ilə bağlı əksər məlumatlarımızın mənbələri də bunlardır. Təəssüf ki, bir çox dövri və coğrafi ərazilərlə bağlı məbədlərdən də məhrumuq.

Qədim dövr işçilərinin kəndi – Deyrul Mədinə kimi ərazilərdə ən sadə evlərdə belə tapılan əşyalardan, ikonalardan və məbədlərdən də Misir tanrılarını tanıyırıq, amma yenə burada da bir çox bölgədə və dövrdə məişət mühiti əfsus ki, yetərli qədər təmsil edilməyib.

Misir qoruqları və abidələrinin qeyri-bərabər qorunmuş olmasının nəticəsi olaraq, əlimizdəki yazılı mətnlərdə böyük boşluqlar var. Bu boşluqlar tanrılar və onlara sitayişlə əlaqəli davamlı olaraq təkrarlanan problemləri ortada qoymaqdadır.

Yenə də qədim Krallıq piramidalarının divarlarındakı yazılı mətnlər (bunlar dünyadakı ən qədim dini yazılardır) və daha sonrakı törəmə mətnlər, qədim dövrdə misirlilərin zəngin teolojik mühiti ilə əlaqəli, bəzən şifrəli də olsa, dəyəri ölçülməz sübutlar göstərməkdədir.

Qədim Misir tanrıları bir çox misirli üçün həyat enerjisidir

Əlimizdəki müxtəlif mənbələrdən, Qədim Misir tanrılarının bəziləri qeydə alınmış tarixdən əvvəl yarandıqlarını və qədim dövr dünyasının sonuna qədər yaşadıqlarını bilirik (Qeydə alınan insan tarixinin beşdə üçü boyunca sitayiş edildiyini bilirik). Son olaraq, mövqelərini daha sonrakı inanclara buraxdıqlarından sonra belə Misir tanrıları bəzən yenidən həyat tapdı və təsirləri bir çox baxımdan davam etdi. (kiçik dini motivlərin və hekayələrin ən bilinən qabaqcıllarından, təktanrıçılıq anlayışına qədər).

Amma ilk dövrlərdə misirlilər üçün tanrılar, bütün miflərin və xəyalların toplamından çox idi. Bu günə qədər qalan abidələr və əl işi əşyalar, Qədim Misir tanrılarının böyük gücünün yalnızca kiçik bir hissəsini göstərir. Qədim misirlilərin zehinlərində yaşayarkən, təsirləri dəhşətli idi. Bütün misirlilər üçün olmasa belə bir çox misirli üçün tanrılar həyat enerjisiydi. Bu qədim dövr tanrılarını anladığımız ölçüdə qədim Misir cəmiyyətinin və mədəniyyətinin təbiətini (şəxsən misirlilərin həyatını və o biri dünya haqqındakı təsəvvürlərini) başa düşə bilərik.

Qədim Misir dini və Tanrıların mənşəyi

Qədim Misirdə dinin və tanrıların mənşəyi, heç bir zaman tam bilməyəcəyimiz, tarix öncəsi, uzaq və qaranlıq bir zamana qədər gedib çıxır. Yenə də bu ən qədim tarix öncəsi zamanların sübutlarını açıqlayacaq müasir qeydlərimiz olmamasına baxmayaraq, arxeologiya və daha sonrakı zamanda qeydə alınan miflər, Misir tanrılarının doğuşu ilə əlaqəli bizə mənalı ipucları vermişdir. Sübutlar tanrıları, dünyanın vacib bir parçası olaraq var olan, yaşaya bilən və ölə bilən, mifik olaraq kainatla eyni taleyə məhkum olan bir mədəniyyəti göstərir. Yaradılışın digər elementləri üçün olduğu kimi tanrılar üçün də zaman sonunda tükənəcəkdi.

Amma tanrıların xidmət müddəti kosmik nisbətlərdəydi və Misir tanrılarının, digər mədəniyyətlərin tanrıları kimi böyük gücləri vardı. Bu vəziyyət ən açıq formada yaradılış mifində görülür. Yaradılış mifində dünyanın inkişafı, Misirin böyük dini mərkəzlərində müxtəlif formalarda danışılırdı. Bu hekayələr, kainatın özü ilə birləşərək fiziki dünyanı öz transsendental güclərinə görə formalaşdıran, şəkilləndirən və idarə edən tanrılara inancın altında yatan heyrətləndirici bir tutarlılıq nümayiş etdirir.

Qədim Misir Tanrılarının yaranması

Qədim Misir tanrılarının yaranması tarix öncəsi zamanlara qədər gedir. Bu ən qədim başlanğıclar, Misirin milli dövlət olaraq var olmasından və yazının yaranmasından əvvəl gerçəkləşmişdir. Bu səbəblə yalnızca yazılı olmayan dəlillərlə, çox zaman nisbi qeyri-müəyyən kontekstlərdən və mühitlərdən sübutlarla çalışmağa məcburuq. Antropologiya, tarix öncəsi və din alimləri Misir dininin bu formalaşma mərhələsini təhlil etməyə çalışdılar, amma əldəki dəlilləri şərh etmək hələ də çətindir və fikir fərqlilikləri davam etməkdədir.

Yenə də açıq kult əşyaların varlığında, heyvan və insan məzarlarında, formal ritualların gerçəkləşdirildiyi anlaşılan ərazilərdə müqəddəs anlayışının olduğu anlaşılır. Bu növ əl işi əşyaların və qoruqların ilahi bir varlığa ya da varlıqlara inancı əks etdirib-etdirmədiyi bilinmir, amma elm adamlarının vurğuladığı kimi, tarix öncəsi zamanda ölülərin basdırılmasına göstərilən qayğı və bu qayğının işarə etdiyi axirət inancı, belə bir inanc üçün lazım olan intellektual inkişafın olduğunu göstərir.

Ruh, Fetiş, Totem və Tanrı

Bir çox ibtidai insanlar kimi, tarix öncəsi zamanlarda Nil çayı ətrafında yaşayan xalqlar da təbii dünyanın (həm canlı həm cansız) güclərinə hörmət etmiş kimi görünürlər. Canlılar Misirdə üstünlük qazanmış kimi görünür, amma Gərzə Palitrasında və son Neolit dövrə (e.ə 3600-3300) aid digər əşyalarda tapılan təkrarlı ulduz təsvirləri, Misirdə bir ulduz kultunun erkən inkişafına işarət edir. Bununla birlikdə, Misirin arxeoloji qeydlərində tapılan ilk açıq ilahlar, bir çox vəziyyətdə inək və qızılquş kimi heyvan tanrılardır (kainatın görünüşlərini təmsil edən və şübhəsiz insan məşğuliyyətləri və yaşamları üzərində dominant olduqlarına inanılan tanrılar).

Son tarix öncəsi dövrdə ritual kontekst olduğu anlaşılan yerlərə basdırılmış heyvanların, xüsusilə it (ya da çaqqal), ceyran, inək (ya da camış) və qoç abidələrinə və bir növ animizmə ya da fetişizmə (insanlar kimi heyvanların da, hörmət olunması və sakitləşdirilməsi lazım olan “ruhları” olduğu düşüncəsi) işarət etməsi mümkün ola biləcək heyvan təsvirlərinə rast gəlirik. Bu heyvan görkəmli şəkillər yalnızca qəbilə totemlərindən ibarət deyilsə və necəsə ilahi olanın təzahürlərinə işarət edirsə, Misir tanrılarının təkmilləşməsində mənalı bir mərhələni təmsil edirlər.

İlahi olanın heyvan görkəmində təzahür edəbiləcəyi düşüncəsi, Xanədanlıq öncəsi dönəmin sonunda heyvanların tamamən insan kimi hərəkət edərkən göstərilməsi, Misir tanrılarını təmsil etmələri üçün həyati bir ilkin şərtdir.

İnsan görkəmli tanrılar

Digər tərəfdən insan görkəmli tanrıların bu dövrdə, yoxsa daha sonra ortaya çıxdıqları mübahisəlidir. Naqada dövrü və daha öncəsinə aid arxeoloji tapıntılarda gildən ya da fil dişindən kobudca şəkilləndirilmiş insan görkəmli fiqurlar vardır, amma bunlar tanrı olaraq şərh edilmiş olmalarına baxmayaraq Peter j.Ucko-nun geniş araştırması bunu göstərir ki, bu fiqurların geniş bir istifadə və məna çeşidliliyinə sahib olmaları mümkün ola bilər və birmənalı olaraq bir tanrını təmsil etdikləri qəbul edilməz.

Tarixi dövrün başlanğıcında insan şəklində, sitayiş edilən Min və Neit kimi tanrılarla əlaqəli sübutlar var, amma insan görkəmli tanrılar anlayışı Misirdə yavaş mənimsənilmiş kimi görünür. Müəyyən mənada heç bir zaman tam məninsənilməyib. Çünki Misir tanrı və ilahələrə, Misir tarixi boyunca əsasən heyvan başlı ya da gövdəli mələz görkəmlər gözü ilə baxılırdı. Nümunə olaraq ilahə olan Hathor, insan görkəmli forma verilən ilk ilahlardan biri imiş kimi görsənir, amma o belə müqəddəs heyvan inəyin buynuzlarını qorudu və ortaya çıxdıqdan sonra min il boyunca inək görkəmində təsvir

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə