Kiprin “Apollon” futbol klubunun prezidentinin evi komandasının oyunu zamanı qarət olunub

Kiprin "Apollon" futbol klubunun prezidenti Nikos Kirzisin evi qarət olunub. SİA "sports.ru" saytına istinadən xəbər verir ki, oğurluq baş verən zaman klub rəhbəri öz komandasının oyununda iştirak edirmiş və qarətçilər də bundan yararlanıb. Bildirilir ki, Kirzis öz komandasının "Anortosis" klubu ilə ev qarşılaşmasına tamaşa etmək üçün 18:08-də evdən çıxıb. Oyun Limasoldakı "Tsirion atletik" stadionunda keçirilib. 18:40-da isə klub prezidentinin evində siqnalizasiya işə düşüb. Buna görə də N.Kirzis oyun başlamazdan əvvəl evinə qayıtmalı olub. Bu vaxta qədər oğrular təxminən 20 min avro dəyərində qiymətli qol saatlarını götürərək aradan çıxa biliblər. Polis insidentin araşdırılmasına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə