Çoxlu meyvə-tərəvəz yeyin, genetik xəstəliklər sizdən uzaq olsun!

Alimlərə görə, düzgün qidalanma insana sağlam ürək bəxş edir, hətta əgər genetik təhlil onda ürək-damar xəstəlikləri riskinin yüksək olduğunu aşkara çıxarsa belə.

MEDdaily xəbər verir ki, ekspertlər beş müxtəlif etnik qrupa aid olan 27 min insanın vəziyyətini öyrəniblər. Bu, 9p21 geninin yayılmış variasiyası (ürək xəstəliklərinin inkişafı) ilə sağlam qidalanmanın müsbət xassələri arasında əlaqəni başkara çıxarmağa imkan verib.

Müəyyən edilib ki, əgər insan çoxlu meyvə-tərəvəz yesə, genetik xəstəliklərdən yan keçə bilər. Çiy tərəvəz müvəffəqiyyətin başlıca açarıdır. Professor Soni Anandın sözlərinə görə, gündə 2-4 pay tərəvəz yemək tövsiyə olunur. Belə tövsiyələrə əməl edilməsi riski əslində sıfıra endirir.

9p21 geni insanların təxminən 75 faizində vardır. Onun iki surəti olan insanlarda ürək tutması riski 70 faiz çoxdur. Bir surətin sahiblərində isə bu göstərici 30 faizdir. Alimlər hesablayıblar ki, hamıdan pis qidalanan və genin iki surətinə sahib olan insanlarda miokardın infarktı xəstəliyinə tutulma riski iki dəfə çoxdur. Sağlam qidalanma isə riski minimuma endirməyə imkan verib.

Bundan əvvəl xəbər verildiyi kimi, Komplutense Universitetinin əczaçılıq fakültəsinin alimləri müəyyən ediblər ki, pomidor ürək-damar xəstəliklərinin müalicəsinə kömək göstərir. Onların sözlərinə görə, tomat antioksidantı - likopin xolesterinin səviyyəsini aşağı salır və ürək-damar xəstəliklərinin risk amillərini azaldır.

Tibb işçiləri bunu da əlavə etmişlər ki, pomidor özü müalicəvi xassələrə malik deyildir. Bu tərəvəz yalnız dərmanla müalicəyə dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə