Bioloqlarının sonuncu tədqiqatları sensasiya doğurub. Sən demə, delfinlər planetimizin ən intellektual məxluqlarıdır.
Pensilvaniya Universiteti alimləri uzun müddət delfinlərin dilini öyrənərək həqiqətən valehedici nəticələr əldə ediblər. Məlumdur ki, delfinlərin burun kanalında səs siqnalları nəfəs alarkən yaranır. Müəyyən olunub ki, dəniz məməliləri 60 baza siqnalından, 5 qarışıq siqnaldan istifadə edirlər. Delfinlər 1012 sözdən ibarət “lüğət” yaratmağa qadirdir, onların fəal “vokabulasına” (əzbər öyrənmək üçün tərcümə edilmiş xarici söz) 14 minədək siqnal daxildir. Müqayisə üçün deyək ki, insanın orta lüğət ehtiyatı elə bu qədər sözdən ibarətdir. Gündəlik həyatda isə insanlar adətən 800-1000 sözlə kifayətlənirlər.
Delfinin siqnalını dilimizə çevirdikdə o, ayrıca götürülmüş sözdən çox heroqlifi xatırladır. Delfinlərin mürəkkəbliyinə görə bəşəri dildən üstün olan dili həqiqətən əsl sensasiyadır.
Alimlər delfinlərin mürəkkəb məlumat mübadiləsi apardıqlarını sübuta yetirmək üçün silsilə eksperimentlər aparıblar. Məsələn, delfinə qonşu volyerdəki həmcinsinin yerinə yetirməli olacağı bir tapşırıq verilib. Delfin volyerin o tayındakına nə etməli olduğunu, yəni qırmızı üçbucağı götürüb insana verməyi başa salır. Hər iki delfinə balıq hədiyyə edilir. Halbuki onların mükafat naminə deyil, yaradıcılıq prosesi ilə maraqlandıqları üçün çalışdıqları aydın idi. Delfinlər üzərində minədək təcrübə aparan tədqiqatçılar tapşırıqların şərtlərini daim dəyişsələr də, onlar səhvə yol verməyiblər. Bu isə o deməkdir ki, bu məməlilər ətrafda baş verənləri gözəl anlayır və ətraf aləmə insanlar kimi bələd olmağa çalışırlar.
Bioloqları daha bir fakt heyrətləndirib: delfinlər eksperimenti və onun təşkilatçılarını idarə etməyə müvəffəq olublar. Yaradıcılıq axtarışında olan delfinlər tapşırıqları mürəkkəbləşdirməyi təklif ediblər. Alimlər bir də ayılıb görüblər ki, rollar dəyişmiş və əslində özləri delfinlərin eksperiment modelinə çevrilmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə