COVİD-19-a yoluxma sayının artması kütləvi immunitet yarada bilər?

İnsanların 70-80 faizi virusa yoluxduqda kütləvi immunitet yaranır, bu da pandemiyanın bitməsinə gətirib çıxarır. SİA xəbər verir ki, bunu infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

O qeyd edib ki, kütləvi immnuitetin təbii və süni formaları olur.

“Xəstəliyə yoluxub sağalanlarda təbii immunitet formalaşır. Vaksinasiya vasitəlisə yaradılan immunitet isə sünidir. Vaksinasiya insan bədənində nisbi xəstəlik forması yaradır.Bu zamanda insan xəstəlik keçirir,lakin yüngül formada. Bəzən vaskindən sonra da xəstəliyin yüngül əlamətləri hiss edilə bilər.

Hal-hazırda ölkəmizdə koronavirusun “Omicron” ştammı mövcuddur.. Artıq avropanın bir çox ölkəsində dominantdır. Bu ştamm sürətli yoluxuculuq qabiliyyətinə malik olsa da, öldürücü deyil. Ağırlaşma ehtimalı digər ştammlara nəzərən azdır. Kütləvi immunitetin formalaşması üçün belə bir variant daha uyğundur”-deyə o bildirib.

Qeyd edək ki ,ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

İndiyədək ölkədə ümumilikdə 626 085 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8529 nəfər vəfat edib, aktiv xəstə sayı 8 779 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...