Xırdalan qəbiristanlığında kəsilmiş insan ayağı tapılıb

Xırdalan şəhər qəbiristanlığında kəsilmiş insan ayağı tapılıb.

SİA APA-ya istinadən xəbər verir ki, ötən gün 17:30 radələrində qəbirstanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib.

Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə edilən geyim paltarının parçası olması, həmçinin, tənzif aşkarlanması nəticəsində ehtimal edilir ki, ayaq cərrahiyyə yolu ilə kəsilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...