Hacıqabulda baş verən qəzada 4 nəfər ağır xəsarət alıb

Bakı-Qazax magistralında yol-nəqliyyat qəzası baş verib.

SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil arxadan “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə