Göbələkdən zəhərlənmə baş verib

QQaxda göbələkdən zəhərlənmə baş verib.

Rayonun Tasmalı kənd sakinləri – 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu, onun övladı – 2009-cu il təvəllüdlü Qasımlı Murad Mübariz oğlu və qohumu – 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənərək, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, Qasımlı Murad Mübariz oğlu xəstəxanada dünyasını dəyişib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə