Samuxda 28 yaşlı müəllimə özünü asıb

Samux rayonunda intihar hadisəsi baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Nəbiağalı kəndində baş verib.

Əslən Kəlbəcər rayonundan olan, Göygöl rayonu Balçılı kənd 47 nömrəli orta məktəbində fiziki tərbiyə müəllimi işləyən Mamedova Arzu Nazim qızı məskunlaşdığı evdə özünü asıb.

Hadisə yerinə Samux rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Hələlik 28 yaşlı qızın hansı səbəbdən özünü asması məlum deyil. İlkin məlumata əsasən, pedaqoq daha öncə də özünə qəsd etmək istəyibmiş.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə