Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 28-də saat 11 radələrində Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində kənd sakini Şamxal Əsgərovun idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini H.Nəcəfovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Əsgərov xəstəxanaya aparılarkən yolda ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB