Axtarışda olan şəxslər külli miqdarda narkotiklə yaxalandı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. SİA-nın məlumatına görə, hadisə paytaxtən Nizami rayonu ərazisində baş verib. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi və Ələhiddə Çevik Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat keçirib. Əməliyyat zamanı Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə axtarışda olan Cəlilabad rayon sakinləri - 1985-ci il təvəllüdlü F.Tomarov və 1986-cı il təvəllüdlü Q.Həsənov saxlanılıb.

Baxış zamanı Q.Həsənovun üzərindən 52 qram marixuana, 0,5 qram metadon, 22,865 metamfetamin, 2,049 qram tiryək, 115,894 qram heroin aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...