Gəncə Samux yolunda ağır yol qəzası baş verib. SİA- nın bölgə muxbirinin verdiyi ilkin məlumata görə "VAZ 21 06" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.Nəticədə sürücü Rasim Hüseynov və daha iki nəfər müxtəlif bədən xəsarətləri alıb.Sürücünün vəziyyətinin daha ağır olduğu deyilir.Hadisəyə səbəb qəzaya düşənlərin toydan gəldiyi və içkili vəziyyətdə olmaları olub. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə