Saray qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m, 1 otaq, dəhliz və mətbəx 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə