Gəncədə 1 otaqlı mənzilin bütün əşyaları yanıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində baş verib. Firuzə Vəliyevaya məxsus ümumi sahəsi 15 kv.m olan birotaqlı mənzildə ev əşyaları tamamilə yanıb. Hadisə yerinə Kəpəz və Nizami rayonundan hərəsindən 2 maşın gəlib. Yanğını söndürməyə ümumilikdə 20 dən artıq canlı qüvvə cəlb olunub. Hazırda yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB