Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1988-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 127.2.3 və 221.1 maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sənan Sahib oğlu Daşdəmirovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Rauf Nurəddin oğlu Mehdiyevin gətirdiyi əşyalara və üzərinə baxış keçirilib. Bu zaman əynində olan qış gödəkcəsinin cibindən daxilində danışıq kartı olmayan 1 ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə