Somali səfiri BANM-da olub - FOTOLAR

Somali Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Fathudin Ali Mohamed SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Bu barədə SİA-ya ali məktəbdən məlumat verilib.

Görüş zamanı BANM ilə Somali arasında ikitərəfli akademik əməkdaşlıq və təhsil sahəsində potensial imkanlar müzakirə edilib. Görüşdə 2025/2026-cı tədris ilində Somalidən gələcək tələbələrin BANM-də təhsilə cəlb olunması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Əcnəbi tələbələr üçün yaradılmış “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” qrantı da bu imkanları genişləndirən vacib addım kimi qeyd edilib.

Görüşün sonunda iki ölkənin müvafiq məsul strukturlarının məlumatlandırılması və qarşılıqlı faydalı tərəfdaşlıq qurulması barədə razılığa gəlinib. Fathudin Ali Mohamed 2025-ci ilin aprel ayına qədər Somalidən tələbə seçimi ilə bağlı tədbirlər görülməsini qeyd edib.

Daha sonra kampusla tanışlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə