Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankaraya rəsmi səfəri çərçivəsində dekabrın 18-də Türkiyə Böyük Milli Məclisində olub və burada türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb. SİA xəbər verir ki, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlara başlanılıb.
Müzakirələrdən sonra parlament sədrləri mətbuata açıqlamalar verəcəklər.
Səfər çərçivəsində bundan əvvəl Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə