Magistr imtahanları sadələşdirilməlidirmi? EKSPERT RƏYİ -ÖZƏL

“Bu gün təhsildə vacib məsələlərdən biri təhsilin bir pilləsindən digərinə keçid üçün həyata keçirilən qəbul imtahanlarıdır ki, onların sadələşdirilməsinə ehtiyac var”. Bu fikirləri SİA-ya təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Bu istiqamətdə işlərə başlanıldığını deyən ekspert söyləyib ki, həyata keçirilən qəbul imtahanlarında nəyin necə yoxlanıldığı geniş müzakirə olunmalıdır.

Onun sözlərinə görə, hazırda magistr imtahanlarının sadələşdirilməsi müzakirə olunur: “Xüsusi ilə imtahanın ikinci mərhələsinin, ixtisas bilgilərinin yoxlanılması hissəsinin ləğv edilməsi təklif olunur”.

Ekspertin fkrincə, gənclərin ilk növbədə Azərbaycanda ali təhsil müəssisələrinin magistraturasına kütləvi şəkildə cəlb olunması üçün imtahanı sadələşdirməkdən məvacib addımlar atılmalıdır: “Belə ki, magistr təhsili almaq üçün təhsil haqları 50 faiz aşağı salınmalı, magistr təhsilinin məzmunu dəyişməli, keyfiyyəti artırılmalı, bu pillədə təhsil alanlara işləmək icazəsi verilməlidir”.

K. Əsədov qeyd edib ki, magistr imtahanlarının sadələşdirilməsinin səbəbi son 3 il əvvəl ilə müqayisədə bu pilləyə qəbul olmaq istəyənlərin sayının 50 faiz azalmasıdır: “Fikrimcə, magistraturaya qəbul imtahanı müxtəlif şəkillərdə təşkil oluna bilər. Bütün hallarda ixtisas üzrə test tapşırığı, imtahan olmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...